Yuxarı

Sabahın havası: Yağış, güclü külək...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, noyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin günün ikinci yarısında arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq.

Azərbaycanın rayonlarında noyabrın 13-də qərb rayonlarında hava əsasən yağmursuz keçəcək. Axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə noyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Tarix
2019.11.12 / 13:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla