Yuxarı

Nazir Odre Azuleylə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir Odre Azuleylə görüşdü - Foto

UNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında iştirak məqsədilə Parisdə səfərdə olan nazir Əbülfəs Qarayev səfər çərçivəsində UNESKO-nun baş direktoru Odre Azuleylə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycan-UNESKO əlaqələri, “Bakı Prosesi” çərçivəsində təşkil edilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun nəticələri, Ümumdünya İrs Komitəsinin Bakıda keçirilmiş 43-cü sessiyası və nəticələri, 2020-ci il VII Bakı Beynəlxalq Humanitar Forumu və 2021-ci il Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Azərbaycanın UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Hökümətlərarası Komitəsindəki fəaliyyəti, həmçinin İraqın Mosul şəhərinin tarixi və mədəni irsinin bərpasına dəstək layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xanım Odre Azuley Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yüksək səviyyədə təşkil edilməsi ilə əlaqədar Əbülfəs Qarayevə təşəkkürünü bildirmişdir. Baş direktor Azərbaycana ilk səfəri zamanı Azərbaycanın Birinci Vitse-Prezidenti, UNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyeva ilə görüşdən xoş təəssüratlarla ayrıldığını qeyd edib.

Əbülfəs Qarayev, öz növbəsində cari ilin 19 noyabr tarixində UNESKO baş qərargahında keçirilmiş Mədəniyyət nazirləri Forumunun əhəmiyyətini qeyd edərək forumun formatının ölkəmiz tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.

Nazir Bakı şəhərinin UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsinə görə təşəkkürünü bildirmiş və hazırda bununla bağlı bir sıra işlərin həyata keçirildiyini söyləyib.

Əbülfəs Qarayev, həmçinin cari ilin 27 noyabr tarixində UNESKO baş qərargahında təşkilatın “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasının Baş Assambleyasının 22-ci sessiyasında Ümumdünya İrs Komitəsinin sədri qismində 2018-2019-cu illər ərzində görülən işlər və Komitənin 43-cü sessiyasında qəbul edilən qərarlarla bağlı hesabatla çıxış edəcəyini bildirib.

Görüşdə yaradıcı sənayelərin inkişafı və bu istiqamətdə UNESKO ilə birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Tarix
2019.11.26 / 19:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan İsraildəki səfirini geri çağırdı? - Təcili

Efirdə AzTV sədri ilə mübahisə, batan “T” və ayaqqabı...

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

Azərbaycan XİN bu ölkəni təbrik etdi

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla