Yuxarı

Medianın dəstəyinə güvənirik – Gömrük Komitəsi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Lənkəranda Dövlət Gömrük Komitəsinin aparıcı media nümayəndəkəri üçün təşkil etdiyi təlimə start verilib.

Axar.az xəbər verir ki, təlimin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynov sayca 4-cü dəfə təşkil olunan "Gömrük Sistemində aparılan islahatlar: nəticələr, perapektivlər" mövzuzunda təlimin uğurlu olacağını qeyd edib:

"Əgər iki il əvvəl gömrük keçid məntəqələrində gömrükkeçid prosesindəki müxtəlif maneələrdən danışırdıqsa, bu gün “blockchain” texnologiyaları, mobil texnologiyaların tətbiqi və gələcək planlarımızdan danışırıq. Bu gün islahatlar prosesində medianın dəstəyinə güvənirik".

Daha sonra çıxış edən Komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov Azərbaycan ilə Belarus arasında gömrük sahəsində informasiya mübadiləsi aparılacağını söyləyib:

"Hazırda Belarusla bununla bağlı saziş imzalanıb və informasiya mübadiləsinin həyata keçirilməsi üzrə hazırlıq işləri aparılır".

Komitə rəsmisi həmçinin onu da qeyd edib ki, vətəndaşların və nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən sürətli keçidi üzrə 3 yeni elektron xidmətin tətbiqinə başlanılacaq:

“Elektron xidmətlərdən biri "elektron növbə" sistemidir. Bu sistem vasitəsilə elektron şəkildə qeydiyyatdan keçmiş şəxs və nəqliyyat vasitəsi növbəsi müəyyən olunmuş vaxtda qapılara yaxınlaşır və növbəsiz gömrük buraxılış məntəqəsinin ərazisinə daxil olur. Amma məntəqə daxilində növbə varsa o növbəni gözləmək lazımdır. Bu sistem yaxın günlərdə istifadəyə veriləcək.

İkinci elektron xidmət "sürətli keçid" sistemidir. Bu sistem vasitəsilə pasport qeydiyyatı da daxil olmaqla bütün xidmətlər növbəsiz göstəriləcək. Bir sözlə, şəxslər və nəqliyyat vasitələri gömrük keçid məntəqəsini tərk edənə qədər gömrük prosedurlarından və sərhəd xidmətlərindən növbəsiz keçir. Bu sistem ödənişli olacaq, amma hələ məbləğ müəyyən edilməyib.

Digər elektron xidmət isə "CIP keçid"dir. Bu da ödənişli olacaq və gələcəkdə tətbiq ediləcək. Hələlik xarici ölkələrin təcrübəsi öyrənilir. Bundan sonra isə bu xidmətə görə xidmət haqqının məbləği müəyyən ediləcək. CIP xidmətindən yararlananlar istənilən vaxt növbə gözləmədən gömrük buraxılış məntəqələrinə daxil olaraq VIP xidmətlərdən yararlanacaqlar”, - deyə o bildirib.

Tarix
2019.11.28 / 15:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

Ermənistanın ekoloji terroru ilə bağlı görüntülər - Video

Leyla Əliyeva dəyirmi masada - Foto

QHT-çilər Bakıda Pallonenin göstərişi ilə şiddətə məruz qaldı

İshaq Hersoq Bakıya səfərini ləğv etdi, amma… – Təcili

ABŞ dövlət katibinin müavini Bakıda - Foto

ABŞ eksperti İrəvanda: Bakı ilə əlaqə olmadan…

“Azərişıq” bu ölkə ilə Anlaşma Memorandumu imzaladı

ABB mobil tətbiqi ilə karbon izini nəzarətdə saxla - Foto

Ölkədə bu qurumun bütün üzvləri işdən çıxarıldı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla