Yuxarı

Universitetlər Bakının mərkəzindən köçürülür – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Universitetlər Bakının mərkəzindən köçürülür – Video

09:53

Baş Planda ali təhsil müəssisələrinin Xocəsən gölünün ətrafına köçürülməsi nəzərdə tutulur və həmçinin müasir kampusun yaradılması məsələsi də təklif olunmuş layihələrdən biridir.

Bu sözləri Axar.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Bakının Baş Planı və nəzərdə tutulmuş layihələr barədə danışakən deyib.

R.İdrisoğlu bildirib ki, strateji layihələr Baş Planın reallaşdırılmasında təkanverici rol oynayacaq:

“Müxtəlif mənbələrdən, o cümlədən: dövlət qurumları, özəl və ictimai təşkilatlardan və şəhər sakinlərdən təqdim olunmuş layihə təklifləri arasında seçilmiş on bir layihə Strateji Sessiyada elan olunub. Sözügedən layihələr Baş Plan paketində hökumətə təqdim olunacaq və bu layihələr təsdiqlənərsə, onların detallı texniki-iqtisadi əsaslandırılmaları hazırlanacaq”.

Komitənin mətbuat katibi ali təhsil ocaqlarının Xocəsən gölü ətrafına köçürülməsi məsələsinə də aydınlıq gətirib. Bildirib ki, dünyaca məşhur universitetlərin təcrübəsindən istifadə ediləcək:

“Müasir kampusun yaradılması məsələsi də təklif olunmuş layihələrdən biridir. Burada dünyada aparıcı universitetlərin təcrubəsinə əsaslanaraq təhsil, elm və biznesin bağlanma nöqtəsinin yaradılması nəzərdə tutulur. Söhbət yalnız universitetlərin fiziki köçürülməsindən getmir. Layihə hökumət tərəfindən müsbət qiymətləndirilsə, kampusun yerləşdirilməsinin infrastruktur baxımından münasib olacağı, tərkibinə hansı təhsil ocaqlarının daxil olacağı kimi məsələlərə baxılacaq”.

Komitədən bildirilib ki, Baş Planla bağlı hələlik xəritə və ya xüsusi maket yoxdur:

“Layihə təsdiqlənərsə, hazırlanacaq”.

Tarix
2019.11.30 / 00:18
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla