Yuxarı

Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır

Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir. Gürcüstandakı azərbaycanlı gənclərin Azərbaycanın ali məktəblərində təhsil almaları üçün kvotaların ayrılması üçün razılıq əldə edilib. Hazırda bu istiqamətdə işlər aparılır. Gələn ildən bu kvotaların ayrılması nəzərdə tutulur.

Report xəbər verir ki, bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbayacan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi və digər qurumlarla birlikdə fəaliyyət planı tərtib edilib və hökumətə təqdim olunub: "Biz bilirik ki, Gürcüstanda azərbaycanlıların yaşadığı yerlərdə hansı problemlər mövcuddur və hansı işlər görülməlidir. Bildiyiniz kimi, Təhsil Nazirliyi Gürcüstana dərsliklər göndərir. Hər il də bu dərsliklərin sayı artırılır. Bu, çox vacib məsələlərdən biridir. Bu gün orada mövcud olan bəzi çatışmazlıqları müzakirə edirik. Bu, əsasən, müəllimlərin yaşlanması ilə bağlıdır. Bununla bağlı bəzi Azərbaycandilli məktəblərdə müəllim çatışmazlığı var. Dövlət Komitəsinin sifarişi ilə xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dili dərsliyi hazırlanıb və Təhsil Nazirliyinə təqdim olunub".

Tarix
2019.12.05 / 23:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır...

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla