Yuxarı

Tikintidə “Azərbaycan” brendi yaradılsın – Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda uzun illərdir tikintilər davam etsə də, bu tikintilərin hər birinin üslubu fərqlidir. Hazırda Bakıda “Daşkənd”, “Leninqrad”, “Bolqar”, “İtalyanka”, “Fransız”, “Stalin”, “Xruşşov” adlı uzun illərin uğurlu layihələri var ki, indi də istifadədədir. Hesab edirəm ki, artıq bizim də “Azərbaycan” adlı bir tikinti layihəsi yaradılmalı və bu layihə adı altında ölkədə və xaricdə binalar inşa edilməlidir.

Bu sözləri Axar.az-a əmlak üzrə mütəxəssis Elnur Fərzəliyev illərdir Bakıda davam edən tikinti işlərinin aparılması üslubundan danışarkən deyib.

E.Fərzəliyev bildirib ki, sadalamaqla bitməyən şəhərlərin və şəxslərin adlarını daşıyan tikinti layihələri həm uğurlu alınır, həm də ölkəni dünyada tanıdan bir brendə çevrilir:

“Tikinti sektorunun ölkəmizdə sürətlə inkişaf etməsi sayəsində paytaxt və digər bölgələrimizdə yüzlərlə yenitikili yaşayış binaları, ticarət obyektləri və dövlət əhəmiyyətli binalar istifadəyə verilib. Hazırda ölkəmizdə kifayət qədər möhtəşəm və dünya arenasına çıxa biləcək tikinti komplekslərimiz, binalarımız var və inşa olunan bu tikililərin böyük əksəriyyətinin layihələndirən də öz yerli memarlarımızdır.

Bu gün yüzlərlə köhnə tikili yaşayış binaları var ki, onları hər kəs layihələrə verilmiş adlarla xatırlayırlar. Bu binalar həm öz ölkələrinin, həm də təmsil etdiyi şəxslərin adlarını yaşadır. Biz nə üçün tikinti sahəsinin sürətlə inkişaf etdiyi ölkəmizdə öz tikinti brendimizi yaratmayaq? Görünən odur ki, ölkəmizdə tikinti işləri hələ uzun müddət davam edəcək. Yaxşı olmazmı ki, bu tikintilər bir layihə əsasənda aparılsın və brendə çevrilsin?!”

Əmlak eksperti bildirib ki, memarlarımız, inşaatçılarımız, tikinti şirkətləri və bu sahəyə aidiyyəti olan qurumlar müsabiqə yolu ilə yeni bina layihəsi işləməli və buna da “Azərbaycan” layihəsi adı verilməlidir:

“Bu layihəni Azərbaycan brendi olaraq həm ölkəmizdə, həm də ölkə sərhədlərindən kənarda inşa edə bilərik. Çox gözəl olardı ki, bu lahiyədə Azərbaycanın milli arnamentlərindən, milli memarlıq üslublarından istifadə olunsun. Bu layihənin xarici görünüşü elə bir mükəmməl formada hazırlanmalıdır ki, binaya kənardan baxarkən Azərbaycanı xatırlatsın. Düşünürəm ki, bu sahəyə aydiyyəti olan bütün qurumlar, təhsil müəssiələri və digərləri təcili tədbirlər görməlidilər. Layihənin davamı olaraq sonradan “Bakı”, “Gəncə”, “Naxçıvan”, “Qarabağ” adlı layihələr də işləmək olar”.

E.Fərzəliyev bildirib ki, Bakının memarlıq üslubunu daha da bərbad duruma salmamaq üçün bu kimi layihələr işlənməlidir:

“Öncə öz ölkəmizdə həmin layihələr üzrə binalar inşa edərək şəhərlərimizin memarlıq ansamblını qoruyub saxlaya bilərik. Bu layihələr aydiyyəti qurumlar tərəfindən qəbul olunarsa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi ilə tikinti şirkətlərinə təqdim edilərək, komplekslər şəklində öz müasir milli memarlığımızı dəbə çevirərik”.

Tarix
2019.12.09 / 12:47
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakı ilə danışıqlarda müsbət irəliləyişlər var - Paşinyan

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı

Mişa çağırış etdi: Bəsdir rəqs etdiniz, mübarizə aparın!

Bu ölkələr COP29-da birləşməlidir - Quterreş

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

Əminəm ki, bu müzakirələr səmərəli əməkdaşlığa yol açacaq

Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait...

Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla