Yuxarı

Ticarət mərkəzindəki yanğın tam söndürüldü - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ticarət mərkəzindəki yanğın tam söndürüldü - Video

08:40

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub:

“Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir nəfər sahibkar müraciət edib. Ona yerində yardım göstərilib”.

***

Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hadisə yerinə artıq 5 briqada cəlb olunub.

Saat 09:50-yə olan məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

***

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.

***

FHN-dən verilən məlumata görə, Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurumlarının rəhbərləri hadisə yerindədir. Çağırış 3 elan olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

***

Səhiyyə Nazirliyindən verilən son məlumata görə, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə artıq 5 briqada cəlb olunub:

"Saat 10:45-ə olan məlumata görə 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib".

***

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, yanğın tam məhdudlaşdırılıb.

“1 təyyarə və 3 helikopter vasitəsilə 50 tona yaxın su yanğın olan əraziyə tökülüb.

Mənə verilən məlumata görə, yanğın yerinə FHN-in 40-dan artıq texnikası, 250-dən çox canlı qüvvəsi səfərbər olunub. İlkin məlumata görə, yanğının ərazisi 21 min kvadrat metrdir. Yanğın səbəbləri hazırda araşdırılır. Daha ətraflı məlumatlar veriləcək" - E.Mirzəyev deyib.

***

Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb. Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.

Soyutma işləri davam etdirilir. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb.

Hazırda araşdırma işləri davam etdirilir.

***

Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı növbəti məlumat yayıb.

Nazirlikdən "bildirilib ki, tikinti materialları bazarında baş verən yanğınla əlaqədar hadisə yerinə 8 briqada cəlb olunub.

"Saat 16:05-ə olan məlumata görə 8 nəfərə yerində yardım göstərilib, 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. Hazırda ərazidə 2 Təcili Tibbi Yardım briqadası var", - deyə məlumatda vurğulanıb.

Tarix
2019.12.10 / 16:19
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Rubionun maraqları ABŞ-ı Cənubi Qafqazda təhlükəyə atır

İran ətrafında yaranmış vəziyyət... - Bayramov

Nazirlərin növbəti üçtərəfli görüşü Tiflisdə keçiriləcək

İstanbul Bəyannaməsi imzalandı

Bu proses Azərbaycanla koordinasiyalı şəkildə davam edir

Bayramov Azovda vurulan gəmilərdən danışdı

Əgər revanşistlər seçkilərdə qələbə qazansaydı...

Rusiya Nikoldan əl çəkmir: Görünməmiş təzyiq!

Bayramov Fidanla görüşdü

Koşta: Ermənilər Azərbaycanla sülhə səs verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla