Yuxarı

İcradan "EuroHome" açıqlaması: Kompensasiya şərtləri...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:06

“EuroHome” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar sahibkarlar tərəfindən Bakı-Sumqayıt yolunda hərəkətin dayandırılması ilə əlaqədar Rayon İcra Hakimiyyəti başçısı “EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla hadisə yerində görüşüb.

Bu barədə Binəqədi Rayon İcra Hakimiyyətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib.

Görüş zamanı Rayon İcra Hakimiyyəti başçısına “EuroHome” ticarət mərkəzinin rəhbəri tərəfindən sahibkarlara dəymiş ziyan barəsində müvafiq araşdırma aparıldığı barədə məlumat verilib.

"Dəymiş ziyan müəyyən edildikdən sonra sahibkarlarla "EuroHome" tikinti bazarının rəhbərliyi tərəfindən ödəniləcək kompensasiya şərtləri müzakirə ediləcək", - açıqlamada bildirilib.

Qeyd edək ki, baş vermiş yanğın ümumilikdə 21.000 kv.m sahəni əhatə edib. İlkin məlumata görə, yanğın zamanı 150 sahibkara ziyan dəyib.

Tarix
2019.12.11 / 16:02
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla