Yuxarı

Qəza sığortasının sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəza sığortasının sayı açıqlandı

Yanvar ayı ərzində daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 7,4 mindən çox sığorta müqaviləsi bağlanılıb.

Axar.az xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosundan AzərTAc-a informasiya verilib.

Məlumatda 2015-ci ilin yanvarında daşınmaz əmlakın icbari sığortası üzrə 6.760, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 657, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 24 sığorta müqaviləsi bağlanıb. Daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 4 milyon 114 min 323 manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 45.480 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 9.822 manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında üç faiz və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası müqavilələrinin sayında isə təxminən iki dəfə artım müşahidə edilib.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 56 faizi yaşayış evləri və mənzillər, bir faizi inzibati binalar, 43 faizi digər daşınmaz əmlakla bağlı olub.

Tarix
2015.02.08 / 15:25
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla