Yuxarı

MTRŞ-dən 102 FM-lə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ-dən 102 FM-lə bağlı qərar

Yanvarın 10-da Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.

MTRŞ-dan Axar.az-a verilən məlumata görə, iclasda Şura tərəfindən ümumrespublika radio kanalının açılması üçün Bakı şəhəri və Abşeron yarımadası ərazisində 102,0 MHz işçi tezliyinə 12 noyabr 2019-cu il tarixindən 12 dekabr 2019-cu il tarixinədək elan edilmiş müsabiqənin nəticələri müzakirə olunub.

Müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs sənədlərini Şuraya təqdim edib: 1.“Real Təhlil İnformasiya Mərkəzi” MMC; 2.“TV-Media Azerbaijan” MMC; 3.“Balans Studiyası” MMC; 4.“İNS ÇM” MMC; 5.“OMD Azerbaijan” MMC.

Üç iddiaçı - “TV-Media Azerbaijan” MMC, “OMD Azerbaijan” MMC və “Real Təhlil İnformasiya Mərkəzi” MMC sonradan müsabiqədə iştirak etməkdən imtina edib. Bu səbəbdən Milli Televiziya və Radio Şurasının “Teleradio yayımı sahəsində lisenziya üçün keçirilən müsabiqənin Qaydaları”nın 2.1.8.-ci bəndinə (Şura müsabiqədə 3-dən az iştirakçı iştirak etdikdə müsabiqəni ləğv edə və ya yeni müsabiqə elan edə bilər) əsasən, Şura müsabiqənin ləğv olunması barədə qərar qəbul edib.

Tarix
2020.01.10 / 17:04
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur - PA rəsmisi

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Simonyan: Ruslara dedim, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla