Yuxarı

Şad xəbər: İki pensiya alacaqsınız

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dövlət pensiya fondundan fərqli olaraq özəl pensiya fondunda konkret dərəcələr yoxdur. Əgər vətəndaş hər iki fondda qeydiyyatdan keçib, hər ikisinə ödəniş edərsə, gələcəkdə ikiqat pul almaqla özünün həyat şəraitini normal qura biləcək".

Bunu Axar.az-a açıqlamasında özəl pensiya fondlarının yaradılmasına münasibət bildirərkən iqtisadçı ekspert Rəşad Həsənov bildirib. O, yeni yaradılacaq pensiya fondlarının bazarda rəqabətliliyi artıracağını açıqlayıb:

"Dünyanın bir çox yerində özəl pensiya fondları var. Bu fondlar dövlətin inhisarında və nəzarətində olmadan fəaliyyət göstərir. Lakin müəyyən qanunvericiliklə onların fəaliyyəti tənzimlənir. Özəl fondların məqsədi bu gün hökumətin həyata keçirdiyi pensiya siyasətinə uyğundur. Bu fondların xüsusiyyətləri ondan ibarətdir ki, insanlar işləmə qabiliyyəti olan dövrdə ödədiyi dividentləri gələcəkdə işləmə qabiliyyətini və ya yaşa görə işləmə qabiliyyətini itirərkən geri ala biləcəklər. Dövlət pensiya fondundan fərqli olaraq özəl pensiya fondunda konkret dərəcələr yoxdur və vətəndaş seçimi var. Hər bir kəs bu fondlara istədikləri qədər vəsait ödəyə bilər. Əgər vətəndaş hər iki fondda qeydiyyatdan keçib, hər ikisinə ödəniş edərsə, gələcəkdə ikiqat pul almaqla özünün həyat şəraitini normal qura biləcək. Həm dövlət, həm də özəl pensiya fondlarının birgə fəaliyyəti nəticəsində insanların pensiya yaş dövrü daha təminatlı şəkildə formalaşacaq. Eyni zamanda dövlət pensiya fonduna alternativin yaranması bazarda rəqabət şəraitinin yaranmasına və xidmətlərin yüksəlməsinə gətirib çıxaracaq".

Ekspert özəl fondların eyni zamanda yığılan vəsaitləri idarə etmələrinə icazə veriləcəyini bildirib:

"Pensiya fondları əllərində olan vəsaitləri təbii olaraq idarə etməli və mümkün qədər risklərdən qorumalıdır. Böyük ehtimalla yığılan vəsaitlərin etibarlı maliyyə institutlarında və şirkətlərin səhmlərində istifadəsinə icazə veriləcək".

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov açıqlamasında Azərbaycanda alternativ pensiya fondlarının yaradılmasının nəzərdə tutulduğunu və bununla bağlı işçi qrupunun yaradıldığını açıqlayıb. O, qısa zamanda alternativ pensiya fondları ilə bağlı qanunvericilikdə dəyişiklik ediləcəyini bildirib.

Tarix
2015.02.13 / 19:59
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

NK kənd təsərrüfatı ilə bağlı bu qərarı dəyişdi

ABŞ-dan Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla