Yuxarı

Polisdən hava xəbərdarlığı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisdən hava xəbərdarlığı - Video

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.

ANS-in məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi havaların soyuması ilə əlaqədar olaraq sürücülərə xəbərdarlıq edib. Xüsusilə qar yağacağı təqdirdə sükan arxasına əyləşənlərə mövsümi təkərlərdən istifadə etmək, nəqliyyat vasitələrinin texniki sazlığına bir daha baxış keçirmək və lazımi avadanlıqlarla avtomobillərini təmin etmək tövsiyyə olunub. Həmçinin sürücülərə ara məsafəsinə diqqət yetirmələri, məcbur qalmadıqda ötmə əməliyyatını etməmələri, dumanlı hava şəraitində yaxını vuran işıqları yandırmaları tövsiyə edilib.

"Əgər qar, sulu qar yağarsa, eyni zamanda da yağışlı hava müşaiyyət olunarsa belə sürücülər buna hazır olmalıdırlar. Öz avtomobillərini mövsümü şinlərlə təchiz etməlidirlər. Yollarda sürücülərimiz son dərəcə diqqətli olmalıdırlar. Əgər yollarda qar və buz olarsa, bu halda sürücülər sürət həddinə xüsusilə diqqət yetirməlidirlər"? - deyə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə müdiri Kamran Əliyev bildirib.

Xəbardarlıq tək sürücülərə deyil, piyadalara da aid edilir. Yolun hərəkət hissəsinə çıxan piyadalar yağmurlu havada sürücünün qarşı tərəfi o qədərdə yaxşı görə bilməməsini nəzərə almalıdırlar. Bunun üçün də piyadalara olduqça ehtayyatlı olmaları tövsiyyə olunur.

"Rayonlararası yollarda piyadalar onlar üçün nəzərdə tutulan səkilər ilə hərəkət etmirlər. Bu zaman piyadalar yolun hərəkət istiqamətinə çıxırlar. Sonda piyadaların özlərinin avtomobilin zərbəsinə tuş gəlirlər. Belə havada həm sürücülər, həm də piyadalar son dərəcədə diqqətli olmaları gərəkir", – deyə Kamran Əliyev vurğulayıb.

Sabahdan etibarən respublika ərazisində hava şəraiti dəyişəcək. Hidrometroloji proqnozlar bürosundan bildirilir ki, sabahdan fasilələrlə yağıntı müşahidə ediləcək.

"Fevralın 18-də və 19-da havanın temperaturu ötən günlə müqayisədə tədiricən 5-10 dərəcəyədək aşağı enəcək. 18 və 19-da günorta saatlarında isə paytaxtda havanın temperaturu 4-5 dərəcə arasında dəyişəcək. Mərkəzi aran rayonlarında gecə saatlarında 5-9 dərəcə isti müşahidə olunacaq", – deyə HPB-nun direktor müavini Gülşad Məmmədova qeyd edib.

Ayın 17-i və 18-də bəzi rayonlarda yağıntının intensivləşəcəyi proqnozlaşdırılır. Xəbər verilir ki, paytaxtda şimal küləyinin güclənəcəyi gözlənir.

Tarix
2015.02.17 / 01:10
Müəllif
Axar.az
Digər xəbərlər

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla