Yuxarı

Xəzərdə dalğa qalxır: gəmilərə təhlükə... - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər Dəniz Akvatoriyasında yanvarın 23-də cənub-qərb, qərb küləyinin sürəti 18-23 metr saniyədən, arabir 25-28 metr saniyəyədək güclənəcək. Yanvarın 23-ü axşam isə küləyin şimal-qərb küləyi ilə əvəz olunacağı, 18-23 metr saniyədən, arabir 25-28 metr saniyəyə çatacağı gözlənilir. Dalğanın hündürlüyü 2-3 metr, sonrakı inkişafda isə 3-5 metr olacaq.

Axar.az xəbərt verir ki, bu barədə Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Tural Müseyibov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın ərazi sularında gəmilərin hərəkəti üçün heç bir təhlükə yoxdur, limanlar açıqdır, gəmilərin giriş-çıxışına məhdudiyyət qoyulmayıb: "Dövlət Dəniz Agentliyinin müasir avadanlıqlarla təchiz olunan Milli Mərkəzi təcrübəli kapitanlar tərəfindən idarə olunur. Gündəlik iş rejimində olduğu kimi fasiləsiz olaraq həyata keçirilən xidmət zamanı Azərbaycanın ərazi sularında istər Azərbaycan, istərsə də xarici bayraq altında üzən gəmilərin hərəkətinə peşəkar kapitanlar tərəfindən nəzarət edilir.

Dövlət Dəniz Agentliyinin rəhbərliyi Milli Mərkəzlə daim əlaqə saxlayır və gəmilərin hərəkətinin təhlükəsizliyinin təminatı tam diqqətdə saxlanılır.Dövlət Dəniz Agentliyinin Milli Mərkəzi tərəfindən ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.

Qeyd edək ki, Xəzəryanı dövlətlər arasında yalnız Azərbaycanda fəaliyyət göstərən Milli Mərkəzdə quraşdırılan müasir avadanlıqlar vasitəsilə Xəzər dənizi daxil olmaqla dünya okeanlarının hər hansı bir koordinatlarında hərəkətdə olan gəmilər də mütəmadi müşahidə oluna bilir.

Milli Mərkəz tərəfindən eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi növbə xidmətləri, Xəzər Dəniz Gəmiçiliyinin müvafiq növbətçi xidməti, Dövlət Neft və BP Şirkətinin müvafiq qurumları ilə mütəmadi qarşılıqlı məlumat mübadiləsi həyata keçirilir.

Tarix
2020.01.22 / 20:24
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalını qadağan etdi

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

Nazir bu ölkələrin rəsmiləri ilə görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla