Yuxarı

Belarus prezidenti Masallı sakininə məktub yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belarus prezidenti Masallı sakininə məktub yazdı

Belarus Prezidenti Aleksandr Lukaşenko Belarusun alman-faşist işğalından azad olunmasının 70 illiyi münasibətilə keçmiş döyüşçü, müharibə veteranı Atabala Hacıyevə təbrik məktubu göndərib.

AzərTAc xəbər verir ki, 1924-cü ildə Masallı rayonunun Binə Xocavar kəndində anadan olmuş A.Hacıyev İkinci Dünya müharibəsində Taqonroqdan Berlinə qədər şərəfli döyüş yolu keçib. Belarusun, Polşanın, Moldovanın, Berlinin və Reystaqın alınmasında yaxından iştirak edən keçmiş rabitəçi döyüşdə göstərdiyi igidliyə və şücaətə görə müxtəlif orden və medallarla təltif olunub.

Prezident təbrik məktubunda bildirir ki, Böyük Vətən müharibəsi Belarus xalqının tarixi yaddaşına qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunub. Yetmiş il tarixi baxımdan bir andır, lakin insanlıq baxımından bütöv bir həyatdır. Ötən illərdə müharibə dəhşətlərini görməyən belarusluların neçə nəsli doğulub və böyüyüb. "Bu böyük xoşbəxtlik üçün Sizə, o vaxt Vətənimizin müstəqilliyini qoruyan hər kəsə borcluyuq".

Məktubda daha sonra deyilir: "Təsadüfi deyil ki, faşist işğalından azad olunduğumuz böyük gün suveren Belarusda əsas milli bayrama – Müstəqillik Gününə çevrilib. Qələbədə və ölkənin müharibədən sonrakı dirçəlişində göstərdiyiniz şücaətə görə sizin qarşınızda baş əyirik və səmimi təşəkkürümüzü bildiririk".

Prezident keçmiş döyüşçüyə uzun ömür, möhkəm cansağlığı, tükənməz enerji, ruh yüksəkliyi arzu edib.

Tarix
2015.02.17 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

Təlimə gəlmişdik, müharibə başladı - Polkovnik

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla