Yuxarı

Zakir Həsənov iki ölkənin səfiri ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Neboyşa Rodiçi qəbul edib.

Axar.az Medafiə Nizirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Serbiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması barədə fikir mübadiləsi aparılıb.

Həmçinin bu gün Zakir Həsənov Çexiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Vitezslav Pivonkanı da qəbul edib.

Müdafiə naziri səfirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə Çexiya Respublikasının ölkəmizdəki hərbi attaşesi polkovnik Yurji Padour iştirak edib.

Tarix
2015.02.17 / 16:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev 4 fərman imzaladı

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla