Yuxarı

Avtomobil hissələri bahalaşdı – 40 faiz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtomobil hissələri bahalaşdı – 40 faiz

Ötən gündən başlayaraq, maşın bazarlarında avtomobil ehtiyat hissələrində ciddi artım müşahidə edilib.

Bu barədə Axar.az-a maşın bazarında ehtiyat hissələri satan tacirlərdən biri məlumat verib. Onun sözlərinə görə, yeni partiya mallar gətirilməsə də, köhnə qiymətlərlə aldıqları malı bahalaşdırmağa məcbur olublar.

Ticarətçi bildirib ki, əllərində olan ehtiyat hissələrini satandan sonra yeni malı yeni qiymətlərlə alacaqlar:

"Avtomobil ehtiyat hissələri xaricdən gətirilir və dollarla alınır. Biz isə təbii ki, manatla satırıq. Tutaq ki, əvvəl 100 dollara aldığımız malı 120 manata satıb ən azı 50 dollar qazanc götürürdüksə, indi 165-170 manata satmalıyıq ki, gəlirimizi qoruyaq. Qiymətləri ona görə indidən qaldırdıq ki, satdığımız malın puluna yenisini alanda daha az mal almağa məcbur olmayaq və dövriyyəmiz aşağı düşməsin. Hər ehtiyat hissəsini təxminən 35-40 faiz bahalaşdırdıq ki, yeni qiymətlərlə hissələri alanda mağazalarımızı doldura bilək".

Tacirlər ötən gündən satışın nisbətən aşağı düşdüyünü və qeyri-müəyyənliyə görə çoxlarının tərəddüd etdiyini də bildirib.

Tarix
2015.02.23 / 09:10
Müəllif
Axar.az
Digər xəbərlər

Yalnız Bakı Ermənistanı Putinin əlindən ala bilər

Bu ölkə ilə münasibətləri nəzərdən keçirdik - Hacıyev

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla