Yuxarı

6 kəndlə nəqliyyat əlaqəsi kəsildi – 28 metr qar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
6 kəndlə nəqliyyat əlaqəsi kəsildi – 28 metr qar

Fasiləsiz yağan qarla əlaqədar Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

Axar.az xəbər verir ki, baş vermiş uçqunla əlaqədar 6 kəndlə nəqliyyat əlaqəsi tamamilə kəsilib. Fevralın 22-si gecə saatlarında baş verən qar uçqunu Quba-Xınalıq yolunun bağlanmasına səbəb olub.

Qubadakı 6 saylı yol istismar idarəsinin rəisi Aydəmir Manafov bununla bağlı Azərtac-a açıqlamasında qar uçqununun Quba-Xınalıq yolunun 35-ci kilometrliyində qeydə alındığını bildirib. Bu ərazidə uçqun nəticəsində yola tökülən qar təbəqəsinin hündürlüyü 28 metrə çatır.

Qeyd edək ki, işçi briqadaları gecə saatlarından yolun qardan təmizlənməsi üçün fəaliyyətə başlayıb. Hazırda yolun rayon mərkəzindən uçqunun qeydə alındığı 35-ci kilometrliyədək hissəsi qardan təmizlənib və avtomobillərin hərəkəti təmin olunub.

Quba-Xınalıq yolunun günün sonuna kimi avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulub.

Tarix
2015.02.23 / 10:46
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Səhiyyə sistemi yeni mərhələyə keçdi - TƏBİB

Hacıyev çinli nazirlə bu əməkdaşlığı müzakirə etdi

Palata QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla