Yuxarı

Şəhidin medalı oğluna verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhidin medalı oğluna verildi - Foto

2014-cü ilin dekabr ayında Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış kiçik çavuş Qurbanov Qoşqar Məqsəd oğlunun Qazax rayonunun Fərəhli kəndində anım mərasimi keçirilib.

Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, şəhidin xidmət etdiyi hərbi hissənin və rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidin xatirəsi ehtiramla yad edilib, məzarı üstünə əklil və gül dəstələri qoyulub.

Mərasimdə çıxış edən polkovnik Elşad Əbilov bildirib ki, 1999-cu ildən hərbi xidmətdə olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qoşqar Qurbanov ilk gündən ordu həyatında nizam-intizamlı, çalışqan, qorxmaz və cəsarətli hərbi qulluqçu kimi tanınıb, döyüş tapşırıqlarını vicdanla yerinə yetirib. O, 2014-cü ilin dekabr ayında Qazax rayonu istiqamətində şəhid olub. Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Fərman Nağdəliyev, şəhidin qardaşı xidmətdə olan kiçik çavuş Mahmud Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin zabiti mayor Vüqar Mirzəyev, şəhidin qohumu Nurəddin Məmmədov, rayon və Fərəhli kənd ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və başqaları çıxışlarında Vətənə, xalqa layiqli övlad böyütdüklərinə görə şəhidin ailəsinə minnətdarlıqlarını bildiriblər.

Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal şəhidin xidmət etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən onun oğlu Elmir Qurbanova təqdim olunub.

Şəhidin qardaşı M.Qurbanov göstərilən diqqətə görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib, qəhrəman oğullarımızın qisasının yerdə qalmayacağına əminliyini ifadə edib.

Tarix
2015.02.25 / 13:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla