Yuxarı

Zirəddindən tükürpərdici proqnoz: “Bu il...”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zirəddindən tükürpərdici proqnoz: “Bu il...”

Bu il baş verəcək hadisələri Rusiyada yaşayan həmyerlimiz, məşhur ekstrasens Zirəddin Rzayev proqnozlaşdırıb.

Zİrəddin Rzayevin Ans press-ə verdiyi proqnozları təqdim edirik:

"Şərq təqviminə görə, bu il keçi ilidir. Bu ilin qeyri-adekvatlığından, şıltaqlığından, təkəbbürlü və avanturist olmasından xəbər verir. Bu ildə adətən bir çox insanlarda özünü qiymətləndirmə və eqo özünü daha çox büruzə verəcək. Bir-birilərilə anlaşmayıb və küsülü olan insanların bu ildə barışması mümkünsüz olacaq. Bu xüsusən də torpaq ünsürlü bürcün sakinlərinə daha çox təsir göstərəcək. Bəzi qədim mənbələrdə və o cümlədən, qara magiyada iblis dediyimiz varlığı bir çox mədəniyyətlər keçiyə bənzər varlıq kimi təsvir ediblər.

Məhz bu səbəbdən də insanlar bu il çox dua etməlidirlər. Təkəbbürlükdən əl çəkməlidirlər. "Dəvədən böyük fil var" atalar sözünü heç vaxt yaddan çıxarmaq olmaz.

Karyera qazanmaqda, şəxsi münasibətlərdə və s. müvəffəqiyyət qazanmaq istəyənlər məhz bu atalar sözlərini unutmamalıdır. Bu şuar altında çalışanlar uğur qazanacaqlar".

Zirəddin Rzayev bu ilin mənfi xüsusiyyətlərilə yanaşı, müsbət təzahürlərində olduğunu vurğuladı. Ekstrasens bu il ruzi və bərəkətin çox olacağını xüsusi qeyd edib:

"Qeyd edilənlər Keçi ilinin mənfi xüsusiyyətlərindəndir. Buna baxmayaraq, bu ilin özünə məxsus müsbət keyfiyyətəri də olacaq. Təkəbbürlü, şıltaq və avanturist il olmasına baxmayaraq, əməksevər insanlar üçün uğurlu olacaq. Kənd təsərrüfatı işlərində bərəkət və ruzulu il olacaq. Bu il incəsənət adamları üçün də uğurlu olacaq.

Uzun sözün qısası, bu il özündən razı və təkəbbürlü insanlar özlərindən lovğalıq hissini atmalıdırlar. Bu il insanlar bir-birilərinə bacardıqları qədər güzəştə getməlidirlər".

Qeyd edək ki, tanınmış ekstrasens Azərbaycanla bağlı yenə nəsə söyləməkdən çəkindi. Söhbət zamanı Azərbaycanda elə bir dəyişiklik olmayacağını, bu il yurdumuz üçün ruzi və bərəkətli il olcağını deyən ekstrasens, ölkəmizlə bağlı birbaşa proqnoz verməkdən imtina etdi.

Tarix
2015.03.06 / 11:32
Müəllif
Axar.az
Digər xəbərlər

Xocalı soyqırımının qurbanlarının qisası alınıb...

Bayramov Fuad Oqtay və Nikoloz Şamxaradze ilə görüşdü

Fuat Oktay Bakıda Türk Şəhidliyini ziyarət etdi

Asif Məmmədovun Rusiya vətəndaşlığı ləğv edildi

Prezident estoniyalı həmkarını təbrik etdi

Müşfiq Abbasovun həbsinə bu sözlər səbəb oldu

Milli Məclisin növbəti plenar iclası başladı

Azərbaycan XİN Estoniyanı təbrik etdi

Bu türk ölkəsi Xəzər üçün 2,5 milyon dollar ayırdı

Yaxın Şərqdə meqaplan: yeni blokun hədəfi İrandır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla