Yuxarı

Bu sürücülərə fərqlənmə nişanı veriləcək - DANX

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sürücülərə fərqlənmə nişanı veriləcək - DANX

Dövlət Avtomobil Nəqliyyatı Xidməti taksi fəaliyyətinə icazə verilən şəxslər haqqında məlumatların icaze.e-gov.az portalına daxil edilməsi üzrə işlər aparır. Dünəndən bu saata qədər artıq 201 taksi sürücüsü haqqında məlumat portala yerləşdirilib.

Axar.az xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.

O bildirib ki, məlumatı portala yerləşdirilən sürücülər rahat şəkildə öz taksi fəaliyyətlərini davam etdirə bilərlər.

Qurum rəsmisi onu da deyib ki, şəhərlərarası məhdudiyyət tətbiq edildiyindən sürücülərə fərqlənmə nişanı əldə etmələri üçün xüsusi imkanlar yaradılıb:

“Bölgələrdə taksi sürücüləri əvvəllər DANX-ın regional bölmələrinə müraciət edirdilər. Bütün respublika üzrə 11 regional bölməmiz var. Lakin şəhərlərarası hərəkətə məhdudiyyət qoyulmasından sonra biz onların işini asanlaşdırmağa qərar verdik. Belə ki, NRYT-nin təşəbbüsü ilə nazirliyin digər qurumu olan “Azərpoçt” da artıq bu prosesdə iştirak edəcək. Yəni artıq taksi sürücüləri regional bölmələrə deyil, “Azərpoçt”un mərkəz filiallarına yaxınlaşa bilərlər. Sürücülər orada fərqlənmə nişanının əldə olunması ilə bağlı tələb olunan prosedurlardan keçir və vergini ödəyir. Bundan sonra fərqlənmə nişanı ilə təmin olunan sürücülərin məlumatları portala daxil edilir”.

N.Allahyarova bildirib ki, vəziyyətdən sui-istifadə hallarına yol verilməməsi üçün fərqlənmə nişanının təqdim olunmasında sürücülər arasında seçim ediləcək:

“Son 6 ayda fərqlənmə nişanını mütəmadi alan sürücülərə üstünlük veriləcək”.

Tarix
2020.04.06 / 12:49
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla