Yuxarı

Bu maskalar sizi xəstəliyə yoluxdura bilər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu maskalar sizi xəstəliyə yoluxdura bilər - Video

Aptekdə tibbi maska tapmayan əksər insan onu ev şəraitində hazırlayır və yaxud da evdə hazırlayanlardan alıb istifadə edir. Burada isə maraq doğuran bir məqam, bir sual var ki, evdə hazırlanan maskalar bizi hər hansı bir virusdan, hər hansı bir xəstəlikdən qoruyurmu? Ümumiyyətlə, bunlar standartlara cavab verirmi?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru” proqramında maraqlı süjet yayımlanıb.

Respublikanın baş infeksionisti Cəlal İsayev deyib ki, ev şəraitində hazırlanan maskalar heç bir qoruyucu təsirə malik deyil:

"Üz qoruyucuları ev şəraitində hazırlanarkən standarta uyğun olmur. Tövsiyə edirik ki, kimdə xəstəlik əlaməti varsa, asqırarkən, öskürərkən, heç olmasa, ağzına salfetka və yaylıq tutsun. Həmin o maska da elə bil salfetka, yaylığın əvəzinə asqıranda ətraf mühitə yayılmasının qarşısını ala bilir.

Mütəxəssislər ev şəraitində müxtəlif parçalardan hazırlanan maskalardan istifadənin yolverilməz olduğunu bildirir.

Həkim Mətanət Cəfərova bildirib ki, bu maskalar sizi nəinki qorumur, hətta sizin üçün təhlükə törədə bilər. Çünki onlar xüsusi qoruyucu səthə malik deyillər. Bunların hətta bir neçə dəfə yuyularaq yenidən istifadəsi ümumiyətlə sizin üçün təhlükə doğura bilər.

Ekspert Eyyub Hüseynov isə harada, necə gəldi, sanitar qaydalara və standartlara uyğun olmayan çoxsaylı maska tikilib satışa çıxarıldığını bildirib:

"Xüsusən bu cür maskalar regionlarda apteklərə verilir ki, bu da yolverilməzdir. Maskaların özünün ciddi standartları var. Və standartlara uyğun maskaları almaq lazımdır. Əks halda, maska qoruyucusu adı altında saxta maska alıb başqa xəstəliklərə tutula bilərsiniz".

Tarix
2020.04.10 / 00:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev “Avaza” Kompleksinə gəldi

Ümidvaram buna görə Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla