Yuxarı

DİN müsabiqə elan etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN müsabiqə elan etdi

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Nazirliyin Aparatında vakant olan 3 inspektor-tərcüməçi vəzifəsində xidmətə qəbulla bağlı müsabiqə elan edir.

DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində tərcüməçi ixtisası üzrə magistr dərəcəsi almış, ingilis dilini mükəmməl bilən, yaşı 30-dan /ixtisas üzrə elmi dərəcəyə malik şəxslər yaşı 35-dən/ yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), boyu 165 santimetrdən (qadınlar üçün 160 santimetrdən) yüksək olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müvafiq ixtisas üzrə elmi dərəcəyə və tərcüməçi kimi əmək stajına malik şəxslərə üstünlük verilir.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaqdır.

Müsabiqədə iştirak etmək istəyən şəxslər Baş Kadrlar İdarəsinə müraciət edərək edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu, hərbi bileti (kişilər üçün), əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər. - şəxsiyyət vəsiqəsi;

Müsabiqədə iştirak etmək üçün sənədlər 2015-ci il mart ayının 05-dən aprel ayının 05-dək hər gün (istirahət günlərindən başqa) saat 10-dan 17-dək Bakı şəhəri, Azərbaycan prospekti 7, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində qəbul edilir.

Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsinin tabeçiliyində olan orqan və hissələrdə vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqədə iştirak etmək üçün "Azərbayjan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnaməyə uyğun olaraq yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr (qadınlar 170 santimetrdən) və daha yüksək, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş (kişilər üçün), əvvəllər məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, Bakı şəhərində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarını dəvət edilir.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, xarici dil bilən namizədlərə üstünlük veriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2015-cü ilin aprel ayının 10-dək iş günləri saat 10-dan 17-dək Bakı şəhəri, Azərbayjan prospekti 7, Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə ərizə ilə müraciət edərək şəxsiyyət vəsiqəsini, təhsil haqqında sənədin əslini, hərbi bileti (kişilər üçün), əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.

Əlavə məlumat almaq üçün (012) 590-95-23, 590-93-45 nömrəli telefonlarla Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi ilə əlaqə saxlamaq olar.

Tarix
2015.03.13 / 13:17
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Mehriban Əliyevanın sədrliyi ilə bu şuranın ilk iclası keçirildi

Hesablama Palatasının iclası keçirildi - Yeni qərarlar

Peşə-əmək Reabilitasiyası Mərkəzinə neçə nəfər qəbul edilib?

Diqqət: ADY yay qrafikinə keçir...

Birinci Türkoloji Qurultayın 100 illiyi UNESKO-da qeyd ediləcək

Rusiyadan AZAL-la bağlı açıqlama - Təcili

Ankara, Bakı və İrəvan bundan istifadə edəcək – “Stratfor”

Prezident təsdiqlədi: bu ölkə ilə viza tələbi ləğv edildi

Bu, türk xalqları arasında tarixi addım olacaq - Mirziyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla