Yuxarı

Həbs edilən sürücülərlə görüş: "Kral oğlu" da var... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbs edilən sürücülərlə görüş: "Kral oğlu" da var... - Foto

İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində xüsusi karantin rejimini pozan və barələrində məhkəmələrin qərarı ilə həbs qərarı verilən şəxslərlə profilaktik görüş keçirilib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

DİN-ə Biləvasitə Tabe Olan İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində xüsusi karantin rejimini pozan, avtoxuliqanlıq hərkətləri edərək polisin qanuni tələblərinə əməl etməyən və barələrində məhkəmələrin qərarı ilə həbs qərarı verilən şəxslərlə profilaktik görüş keçirilib.

Qeyd edək ki, karantin qaydalarını pozan, avtoxuliqanlıq hərəkətləri edən bu şəxslərin hər birinə 15 sutkadan 1 aya qədər müddətdə inzibati həbs cəzaları verilib. Saxlanılma Məntəqəsində keçirilən görüşdə avtomobillə cəmiyyətə açıq hörmətsizlik ifadə edən, mövcuq karantin qaydalarını pozan şəxslərin hər biri ilə fərdi profilaktik söhətlər aparılıb.

Görüşdə törətdikləri əməllərə görə cəza alan şəxslər bu hərəkətlərindən peşiman olduqlarını bildirərək, digər sürücülərə yollarda daha həsas və diqqətli olmağı, karantin qaydalarıa əməl etməyi tövsiyyə ediblər.

Qeyd edək ki, karantini pozub, həbs edilən sürücülər arasında Milli Məclisin Aparat rəhbəri xidmətinin sabiq məsləhətçisi Rəmzi Şükürov da var.

Xatırladaq ki, R.Şükürov idarə etdiyi 90 AS 606 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobillə Qaradağ rayonu ərazisində polislərin qanuni əmrlərinə tabe olmayaraq, yol qurğularını qırıb və maşınla ərazidən qaçıb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə o, sürücülük hüququnun 2 il məhdudlaşdırılmaqla 30 gün müddətində inzibati qaydada həbs edilib. Hadisədən sonra R.Şükürov Milli Məclisin Aparat rəhbəri xidmətinin məsləhətçisi vəzifəsindən azad olunub.

R.Şükürovun atası Əvəz Şükürov da "tikinti kralı" kimi tanınır. Onlar barəsində mətbuatda dəfələrlə qalmaqallı məqalələr dərc olunub.

Tarix
2020.04.28 / 12:01
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla