Yuxarı

Novruzov elan etdi: Əməliyyatlar artırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Kamran Əliyev təyin olunanda cənab Prezident onunla videoformatda görüş keçirtdi. Görüş zamanı cənab Prezident bu məsələ ilə bağlı fikirlərini bildirib. Ayrı-ayrı strukturlarda siqnallar daxil olmaqdadır və bu addımlar artırılacaq. Təbii ki, biz bütün bunların şahidi oluruq. Cənab Prezident həmişə xəbərdarlıq edir ki, təyin olunan şəxslər vətəndaşlara xidmət etməli, xalq üçün problemlər yaratmamalı, onların çörəyinə bais olmamalı, verilən yardımı kəsməməli, ondan bəhrələnməməli, iş yerlərindən verilən kartları ciblərinə qoymamalıdır. Bunu edənlər həm işdən azad olunacaq, həm də cəzalandırılacaq. Biz bunların şahidiyik.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İcra Hakimiyyəti, eləcə də nazirliklərdəki əməliyyatları ilə bağlı şərhində deyib.

Siyavuş Novruzov həbs edilən sabiq icra başçılarının Yeni Azərbaycan Partiyasının üzvü olmalarına da münasibət bildirib:

“Həbs edilən sabiq icra başçılarının arasında Yeni Azərbaycan Partiyasının üzvü olanlar da var, olmayanlar da... Onlar YAP-çı kimi xəyanət etmir, tutduğu vəzifəyə xəyanət edir. Məsələn, icra başçısı müavinini vadar edir ki, get, məktəb direktorundan, təhsil və səhiyyə şöbəsindən pul yığ gətir. Hesab edirəm ki, bu cür hallar yolverilməzdir”.

Tarix
2020.05.10 / 19:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla