Yuxarı

Bu ərazilərdə karantin postları ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020.05.17 22:17

Mayın 18-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində avtomobil yollarındakı karantin postları ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov deyib. Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 18-i saat 00:00-dan ölkədə xüsusi karantin rejimi qaydalarının yumşaldılması ilə bağlı verdiyi qərara əsasən, bu postların tətbiqinə ehtiyac qalmayıb: "Operativ Qərargahın qərarı ilə mayın 18-dən etibarən vətəndaşların SMS icazə ilə evdən çıxması ləğv edilib. Ona görə də artıq avtomobillərdəki sürücü və sərnişinlər, o cümlədən sakinlər evlərindən icazəsiz çıxa biləcəklər. Bu məqsədlə də avtomobil yollarında quraşdırılan karantin postları ləğv edilib".

DİN rəsmisi bildirib ki, karantin rejimi qaydalarına uyğun olaraq Bakı, Sumqayıt və Abşeron ərazilərində əhalinin intensiv hərəkət etdiyi yerlərdə polis nəzarəti davam edir:

"Avtobus dayanacaqları, park və istirahət mərkəzlərində, fəaliyyətinə icazə verilən xidmət və ticarət obyektlərində bəzi qadağalar qalmaqdadır. Buna görə də daxili işlər orqanları əməkdaşları həmin ərazilərdə xidməti davam etdirəcək, obyektlərin qaydalara uyğun fəaliyyətinə və sosial məsafənin saxlanmasına nəzarət edəcəklər".

Tarix
2020.05.18 / 10:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla