Yuxarı

Prezidentin təyin etdiyi 35 yaşlı başçı – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin təyin etdiyi 35 yaşlı başçı – Video

13:18

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Axar.az xəbər verir ki, Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub.

2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirərək maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub.

2007-ci ildən Maliyyə-kredit kafedranın aspirantı və müəllimi olub.

2006-2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışıb. 2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb.

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.

4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.

29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.

Qeyd edək ki, Seymur Orucov sabiq deputat Şəmsəddin Hacıyevin kürəkənidir.

Tarix
2020.05.21 / 15:05
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Əliyevin Gürcüstan səfəri: Bu əlaqələr genişləndirilir!

Ermənistan əhalini sərhədə köçürür: Bu ərazilər qaytarılacaq

İran 10 bəndlik sülh təklifini təqdim etdi - Nələr var?

Ukrayna rus ordusundan əsir götürdü, Azərbaycana verdi

Prezidentdən Tiflis səfəri ilə bağlı - Videoçarx

Başçı Ülviyyə Əliyevanı işdən çıxartdı

İlham Əliyevin Tiflis səfəri başa çatdı

Bakıda bu evlərin qiyməti kəskin düşəcək

Azərbaycanda dollar ucuzlaşdı

İlham Əliyev İvanaşvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla