Yuxarı

Koronavirusa yoluxmada pik hədd... - Sədr

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Koronavirusa yoluxmada pik hədd... - Sədr

Son həftə ərzində pik hədd olaraq 158 nəfərin koronavirusa yoluxması qeydə alınıb.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Test tədqiqatlarımız davam edir. Ötən həftə 755 nəfər koronavirusa yoluxma faktı qeydə alınmışdı, bu həftə ərzində isə 581 nəfərin yoluxması qeydə alınıb.

Bu günə qədər 3855 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Bu göstəricilər sərt karantin qaydaları yumşaldıqdan sonra stabilləşməyə meyili göstərir. Lakin bu, rahatlaşmağa əsas vermir. Buna görə də tədqiqatlar davam edəcək və mütəmadi olaraq məlumatlar veriləcək", - o bildirib.

R.Bayramlı qeyd edib ki, qarşıdakı günlərdə sağalanların sayının daha yüksək olacağı gözlənilir:

"Bu həftə ərzində 581 nəfər yoluxub, 384 nəfər sağalıb. Ötən həftə isə 755 nəfər yoluxmuşdu, 365 nəfər sağalmışdı. Doğrudur, həftə başa çatmasa da, sağalanların sayında artım müşahidə olunur. Ötən həftə və bu həftə ərzində 7 nəfər ölüb".

R.Bayramlı əlavə edib ki, Bakı, Gəncə, Lənkəran, Yevlax, Salyan, Cəlilabad, Göyçay, Abşeronda yoluxma halları üstünlük təşkil edir.

Tarix
2020.05.22 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bu konvensiyanı təsdiqlədi

Əli Əsədov səfirliyə getdi, başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla