Yuxarı

Sabiq nazir Naxçıvanda əlahiddə ordu yaradılmasını şərh etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş müdafiə naziri general-mayor Dadaş Rzayev Azərbaycanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasına münasibət bildirib.

O, açıqlamasında deyib ki, bu, ölkənin müdafiə qabiliyyətini gücləndirəcək: "Azərbaycan müharibə şəraitindədir və hər tərəfdən təhlükə var. Əlahiddə Ümumqoşun Ordusunun Naxçıvan Muxtar Respublikasında yaradılması da təsadüfü deyil. Çünki Naxçıvan blokada şəraitindədir, ölkənin digər hissələri ilə quru yolla əlaqəsi yoxdur, yalnız təyyarə ilə gedib-gəlirik. Əlahiddə Ümumqoşun Ordusu ona görə Naxçıvanda yaradılıb ki, bir təhlükə olsa, muxtar respublikada sərhədlərimizi yaxşı qoruya bilsin".

General-mayor Dadaş Rzayevin sözlərinə görə, əlahiddə ordunun şəxsi heyəti xüsusi hazırlanır, ora ən savadlı, fiziki cəhətdən möhkəm zabitlər göndərilir, müasir texnika və silahlarla təchiz edilir: "Əlahiddə ordu ən müasir, mürəkkəb və çevik taktika ilə təlim keçir. Hər hansı təhlükə olarsa, əmir verilən kimi əlahiddə qüvvələr qısa müddətdə təyyarə və vertolyotlarla lazım olan yerə çatıb əmri yerinə yetirmək imkanlarına malikdir. Bu ordunun digərlərindən əsas fərqi odur ki, kənardan kömək olmadan müharibə, döyüş əməliyyatı apara bilir. Əlahiddə ordunun kənar köməyə ehtiyacı olmur. Əsas fərq budur".

Dadaş Rzayev bildirib ki, vaxtilə o da sovet ordusunun əlahiddə qüvvələrinin zabiti olub: "Mən Azərbaycanın müdafiə naziri işləyəndə (1993-cü il – red.) əlahiddə ümumqoşun ordumuz yox idi. Çünki milli ordu hələ yeni yaranırdı".

Sabiq nazirin sözlərinə görə, əlahiddə ordu NATO ölkələrində də mövcuddur: "Biz də indi yaradırıq. Məsəl var deyərlər, gec olsun – güc olsun. Bizim də Əlahiddə Ümumqoşun Ordusu yaratmağa indi imkanımız çatır".

Ölkə prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev dekabrın 18-də Müdafiə Nazirliyi haqqında əsasnamənin təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb və bu ordunun komandanı vəzifəsinin icrası general-leytenant Kərəm Mustafayevə tapşırılıb. ("Mediaforum.az")

Tarix
2013.12.20 / 20:47
Müəllif
Axar.az
Digər xəbərlər

Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla