Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
7 İyul 2020


Azərbaycanda 5 yeni lisey yaradıldı - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi tərəfindən Gəncə, Şirvan, Şəki şəhərləri, Quba və Şəmkir rayonlarında 5 yeni lisey yaradılıb.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü, Şirvan, Şəki şəhərləri və Şəmkir rayonunda isə Kimya-biologiya təmayüllü Respublika liseyi təşkil olunub.

Sözügedən liseylərdə təhsil dövlət hesabına həyata keçiriləcək. Şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün liseylər zəruri maddi-texniki baza ilə təchiz olunacaq, xüsusi tədris planları tərtib ediləcək. Liseylərdə şagirdlər dövlət hesabına gündə üç dəfə isti yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunacaqlar.

Qeyd edək ki, liseylərə qəbul imtahanlarının 2020-ci il avqustun ikinci yarısında keçirilməsi nəzərdə tutulub. Qəbul imtahanında suallara Azərbaycan dili və riyaziyyat fənləri üzrə tapşırıqlarla yanaşı, eyni zamanda şagirdlərin qeyri-standart düşünmə bacarıqlarının yoxlanılması məqsədilə məntiqi tapşırıqlar daxil ediləcək. IX siniflərə qəbul üçün əlavə olaraq şagirdlərin fizika və kimya fənləri üzrə bilikləri yoxlanılacaq.

2020-2021-ci tədris ilindən etibarən hər tədris ili üçün liseylərə şagird qəbulu müsabiqə əsasında həmin rayon (şəhər) və ətraf rayonların (şəhərlərin) ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər sırasından VI, VII, VIII və IX siniflərə aparılacaq. Şagird qəbulu aparılan tədris ilindən əvvəlki son iki ildə Təhsil Nazirliyi tərəfindən keçirilən Respublika fənn olimpiadalarında yüksək nəticə göstərmiş şagirdlər VII, VIII və IX siniflərə müsabiqədənkənar qəbul ediləcəklər.

Xatırladaq ki, 2019-2020-ci tədris ilində Gəncə, Şirvan, Şəki şəhərləri və Quba rayonunda nazirliyin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin və Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri təşkil olunmuşdu. Yeni liseylər həmin regionlarda sözügedən lisey siniflərinin bazasında yaradılıb.

Tarix
2020.06.04 / 10:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Həbs edilən XİN əməkdaşı "avtoş"un atası imiş - Video

60 xəstənin vəziyyəti ağırdır - TƏBİB

Xalq şairi şəhidimizin məzarını abadlaşdırır - Foto

Bakıda kəskin qoxu - Nazirlik açıqlama yaydı

Bakıda klinikanın 21 həkimi yoluxdu: xəstəyə baxan yoxdur

Xətaidəki bu kafedə karantini pozanlar saxlanıldı

Xəstə öldü, məşhur həkim meyiti aradan çıxardı

İstanbula getmək istəyənlərin diqqətinə

Qızılağac milli parkındakı yanğınla bağlı son məlumat

Prezident və birinci xanım Bakıda hospitalın açılışında - Video

KULT
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla