Yuxarı

Millət vəkilindən unikal soyqırım – Fotoları

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Musa Qasımlı 1918-ci il mart soyqırımını əks etdirən foroşəkillər paylaşıb.

Axar.az xəbər verir ki, həmin fotolar Rusiya və Gürcüstan arxivlərindən əldə edilib. Millət vəkili fotoları belə şərh edib:

"Sizə Rusiya və Gürcüstan arxivlərində saxlanılan üç fotoşəkli təqdim edirəm. Fotoşəkillərdən ikisi 1918-1920-ci illərdə daşnaklar tərəfindən İrəvan ətrafında azərbaycanlılara məxsus dağıdılmış yaşayış məntəqəsinindir. Digər bir fotoşəkil isə 1918-ci ildə Bakıda daşnak dəstəsidir. Fotoşəklin altındakı yazıdan aydın olur ki, birinci cərgədə soldan sağa oturan ilk adam Azərbaycan xalıqının kütləvi surətdə öldürülməsində xüsusi ad çıxarmış Stepan Şaumyanın oğlu Suren Şaumyandır".

M.Qasımlı 1918-ci il 31 martda erməni-daşnak və bolşevik qüvvələrinin Bakıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət kimi qiymətləndirib:

"Əgər biz 1918-ci ilin martına qədərki buna bənzər hadisələrdən ibrət alsaydıq, müstəqil dövlətimiz olsaydı, 31 mart bəlkə də olmaya bilərdi. Əgər 31 martdan ibrət alsaydıq və güclü dövlətimiz olsaydı, onda Xocalıda törədilən soyqırım olmazdı. Hesab edirəm ki, belə hadisələrin gələcəkdə təkrarlanmaması üçün dövlətimiz və millətimiz güclü olmalıdır".

Tarix
2015.03.30 / 09:00
Müəllif
Fərqanə Allahverdiqızı
Şərhlər
Digər xəbərlər

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla