Yuxarı

Binada kabab çəkənin cəriməsini niyə Prezident verməlidir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Binada kabab çəkənin cəriməsini niyə Prezident verməlidir?

Cərimələrin artırılması təkcə qanunvericilikdə dəyişiklik deyil. Bu, həm də ailələrin, insanların, dövlətin təhlükəsizliyidir. Kiminsə laqeydliyi üzündən insanlar virusa yoluxursa, deməli, cərimələr sərtləşdirilməlidir. Hətta başqa inzibati tədbirlər də görülməlidir.

Axar.az xəbər verir ki, bu sözləri parlamentin iclasında Siyavuş Novruzov karantin qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələrin artırılmasına münasibət bildirərkən deyib.

Deputat deyib ki, qaydaları daha da sərtləşdirmək lazımdır:

“Biz insanlara deyirik ki, 30 qəpik ver maska al, 100 manat cərimə olunma. Bu, həm də onun ailəsinin, anasının, atasının sağlamlığıdır”.

Komitə sədri sosial şəbəkələrdə “pandemiya yoxdur”, “yalandır” kimi fikirlər yazanların da cəzalandırılmalı olduğunu deyib:

“İctimai yerlərdə - marşrutlarda, metrolarda maska taxmayın, koronavirus yoxdur” deyənlər də cərimələnməlidir. Deyirlər ki, qaydaları pozun, onsuz da Prezident, I vitse-prezident cərimələri ləğv edəcək. Mən başa düşürəm, Prezident şəhid ailələrinə, zəlzələdən zərər çəkənlərə, evi yananlara kömək edir - bunlar doğrudur. Amma binanın üstünə çıxıb kabab çəkən adamın cəriməsini niyə dövlət başçısı verməlidir? Belələrindən cəriməni almaq lazımdır ki, maskanı taxmağın vacib olduğunu anlasın”.

Tarix
2020.06.29 / 11:27
Müəllif
Axar.az
Digər xəbərlər

XİN rəhbəri cibutili həmkarı ilə görüşdü

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla