Yuxarı

20 Yanvar ərazisində niyə post qurulub? - Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
20 Yanvar ərazisində niyə post qurulub? - Xəbərdarlıq

Azərbaycanın sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan iri şəhər və rayonlarında xüsusi mobil postlar fəaliyyətə başlayıb.

Axar.az xəbər verir ki, bunu 20 Yanvar ərazisində qurulan postla bağlı Modern.az-a açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

V.Əsədov qeyd edib ki, karantin dövrü davam etdiyindən, yoluxanların sayı çox olduğundan, müvafiq olaraq, polis tərəfindən inzibati tənbeh tədbirləri də davam etdirilir:

“Sadəcə stasionar postlarda sıxlıq yarandığından onlar mobil postlarla əvəzlənib. Ona görə də yeni tətbiq edilən texnologiyalar vasitəsilə mobil postlar qurulub. Hazırda qaydalara nəzarət aşağıdakı şəkildə həyata keçirilir:

Mobil postlar vasitəsilə, reydlər təşkil etməklə, dislokasiya üzrə təhkim edilmiş ərazidə xidmət aparan polis əməkdaşının hərəkətdə olan sürücünü saxlaması ilə, həmçinin kamera vasitəsilə. Yəni stasionar postlarda olan xidmətləri biz yeni üsullarla həyata keçiririk”.

Şöbə rəisi bir daha vətəndaşlara, hərəkət iştirakçılarına müraciət edib:

“Bir daha vətəndaşları diqqətli olmağa, yoluxma faktlarının qarşısının alınması, öz sağlamlıqları üçün maska taxmağa, sosial məsafə saxlamağa, gigiyenik qaydalara əməl etməyə çağırırıq. Ən azından vətəndaş-polis həmrəyliyinin yüksək səviyyədə təşkil edilməsində iştiraka dəvət edirik. Bu gün də hərəkətlə bağlı icazə yalnız tələb edilənlər kimidir. Ona görə də vətəndaşlar lüzumsuz olaraq, hərəkət etməsinlər. Düşünməsinlər ki, postlar ləğv olunub, bizə cərimə yazmayacaqlar".

Tarix
2020.07.07 / 14:12
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla