Yuxarı

Azay Quliyev: Bu, mandat deyil, şəxsiyyət məsələsidir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri Azay Quliyev ATƏT PA-nın Daimi Komitəsinin onlayn görüşündə ATƏT-in media azadlığı üzrə nümayəndəsinin mandatının yenilənməsi ilə bağlı ölkəmizin mövqeyinə dair çıxış edib.

Axar.az xəbər verir ki, Azay Quliyev ATƏT PA-nın Baş katibi Roberto Montellanın xahişi ilə ATƏT institutları rəhbərlərinin səlahiyyətlərinin yenilənməsi ilə bağlı Azərbaycanın müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləri ilə geniş müzakirələr apardığını bildirib. Müzakirələrin nəticələrini həmkarları ilə bölüşən Azay Quliyev Azərbaycanın ATƏT-in Baş katibinin, həmçinin DTİHB-nin direktoru və Milli azlıqlar üzrə Ali Komissarın növbəti müddətə yenidən təyin olunmasına dair konsensusa qoşulmağa hazır olduğunu bildirib:

“Mətbuat azadlığı üzrə hazırkı nümayəndənin səlahiyyət müddətinin uzadılması ilə bağlı ATƏT-də konsensus olmadığına görə, Azərbaycan Albaniya sədrliyini vakansiya prosedurunu işə salmağa və iştirakçı dövlətlərin hökumətlərini bu vəzifəyə ən tez zamanda yeni namizədlər irəli sürməyə dəvət etməyə çağırıb.

Qeyd etmək lazımdır ki, təmsil etdiyim ölkənin media azadlığı üzrə nümayəndəyə dair mövqeyi bir mandat deyil, şəxsiyyət məsələsidir. Azərbaycan ATƏT-in bütün icra strukturları ilə öz mandatlarına uyğun olaraq siyasiləşdirmə faktorundan uzaq və nəticələrə istiqamətlənmiş şəkildə insan ölçüsü öhdəliklərinin icrası ilə bağlı konstruktiv dialoq aparmağa hazırdır.

Onu da vurğulamaq istərdim ki, Azərbaycan DTİHB ilə əməkdaşlıqdan məmnundur və biz bu qurumun tənqidləri də daxil olmaqla bütün problemləri və çatışmazlıqları açıq müzakirə etməkdən çəkinmirik və demokratik öhdəliklərimizin icrası sahəsində DTİHB ilə sıx əməkdaşlığımızı genişləndirməyə ümid edirik”.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədri bildirib ki, media azadlığı üzrə nümayəndəyə gəlincə, təəssüf edirik ki, son üç ildə bu vizyon tam reallaşmadı və bir çox hallarda media azadlığı üzrə nümayəndənin mandatına daxil olan əməkdaşlıq və dialoq mexanizmi tam istifadə olunmadı:

“Bunun əvəzinə, Nümayəndənin fəaliyyəti digər üzv ölkələrdə, xüsusən də bölgəmizdə baş verən narahatlıq doğuran hadisələrə göz yuman, yalnız bəzi iştirakçı dövlətlərdə nöqsan axtaran vasitəyə çevrildi.

Azərbaycan Respublikası ATƏT-in müvafiq prinsip və öhdəliklərinin icrasını gücləndirmək, habelə iştirakçı dövlətlərin razılaşdırılmış fəaliyyətinin səmərəliliyini artırmaqdan ibarət olan ümumi dəyərlərimiz üzərində qurulan ortaq hədəfimizə çatmaq üçün media azadlığı üzrə növbəti nümayəndə ilə əməkdaşlığa hazırdır.

Çox ümid edir və gözləyirik ki, şəffaf prosedurlar yolu ilə təyin ediləcək yeni Nümayəndə mandatı ilə müəyyən edilmiş qaydada, ATƏT prinsipləri və öhdəlikləri əsasında fəaliyyət göstərəcək və bütün iştirakçı dövlətlərdə selektiv yanaşma faktları olmadan medianın inkişafını müşahidə edəcək, eləcə də hərtərəfli, obyektiv və qərəzsiz şəkildə ifadə və media azadlığını təbliğ edəcəkdir”.

Tarix
2020.07.08 / 00:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla