Yuxarı

Nazirlik açıqladı: Sel xəbərdarlığı...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 11-i və 12-ə keçən gecə və səhər saatlarında ölkə ərazisindən soyuq atmosfer cəbhəsinin keçməsi nəticəsində əksər rayonlarda hava şəraiti yağışlı keçib, şimşək çaxıb. Respublikanın dağlıq və dağətəyi rayonlarda yağıntılar leysan xarakterli, intensiv olub. Nəticədə bəzi ərazilərdə sel qeydə alınıb.

Axar.az xəbər verir ki, bunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

“Bu, gözlənilən hadisə idi. Çünki ayın 8-də və 10-da gözlənilən intensiv yağışlar və sel hadisəsi haqqında xəbərdarlıqlar edilmişdi.

Onu da nəzərinizə çatdırım ki, sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda Hacıkənddə müşahidə edilən sel görüntüləri həqiqətə uyğun deyil. Bu, 2019-cu il Dağıstanda olan hadisənin çəkilişləridir”, - deyə o bildirib.

Respublikanın rayonlarında qeydə alınan sel ötən il Şimali Qafqazda olan seldən xeyli zəif olub: “Ümumiyyətlə qeyd etmək istərdim ki, belə proseslər Böyük Qafqaz sıra dağlarından aşarkən intensivliyini bir qədər itirir və xoşbəxtlikdən Azərbaycanda belə hadisələr Şimali Qafqaz ölkələri, Rusiyanın cənubunda olan təbii hadisələrlə müqayisədə zəif keçir”.

Tarix
2020.07.12 / 14:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla