Yuxarı

Yağış çayların suyunu artırdı - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün ərzində ölkə ərazisinə qeydə alınan yağış nəticəsində Kiçik Qafqazın ərazisindən axan Zəyəmçay, Kürəkçay və Dəstəfurçayda sululuğun artımı müşahidə edilib. Gəncəçayın sol qolu olan Dəstəfurçayda sel hadisəsi qeydə alınıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib ki, Böyük Qafqazın cənub yamacından axan Əyriçay, Kişçayda da sululuğun artımı müşahidə edilib, Əyriçay çayında sel hadisəsi qeydə alınıb. Həmin çaylar birbaşa Qanıx çayına töküldüyü üçün Qanıx çayında da sululuğun artımı müşahidə olunub.

Uzun müddət davam edən quraqlıqdan sonra yağışların yağması dağ çaylarında sululuğun artmasına səbəb olub ki, bu da nisbətən Kür və Qanıx çaylarına öz təsirini göstərib.

A.Verdiyevin sözlərinə görə iyulun 18-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir ki, nəticədə çaylarda yenidən sululuğun artacağı və bəzi dağ çaylarında qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Tarix
2020.07.12 / 18:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla