Yuxarı

İctimai Liderlər Platforması döyüşlərlə bağlı bəyanat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hərbi və informasiya təxribatı ilə bağlı İctimai Liderlər Platforması bəyanat yayıb.

Axar.az həmin bəyanatı təqdim edir:

“Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirməyə, artilleriya atəşindən istifadə edərək hücum etməyə cəhd göstərib. Düşmənin xain hücumu zamanı dörd hərbçimiz qəhrəmancasına şəhid olub. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri oturdulub, yayılmış videolardan da göründüyü kimi, düşmənin texnikası və çoxlu sayda canlı qüvvəsi məhv edilib. Şəhidlərimizin qisası düşməndən artıqlaması ilə alınıb.

Ermənistanın bu hücum cəhdi və silahlı təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndi. Bu, bir tərəfdən Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirsə də, digər tərəfdən onun ifadə forması bir sıra narahatçılıq doğurdu. Biz hamımız yaxşı anlayırıq ki, indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu gün Azərbaycan güclü orduya malikdir və ordumuz Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

Bu gün bizi ciddi narahat edən digər bir məsələ Ermənistanın informasiya məkanında törətdiyi təxribatla bağlıdır. Düşmən tərəfindən azərbaycanlı adı və soyadı ilə yaradılmış yüzlərlə sosial şəbəkə hesablarından dövlətimizə qarşı informasiya müharibəsi aparan, ölkəni xaosa sürükləyən, xalqımızın və ordumuzun döyüşkən ruhuna mənfi təsir etməyə çalışan çağırışların şahidi oluruq. Düşmənin xüsusi xidmət orqanları tərəfindən Azərbaycana qarşı təşkil olunmuş informasiya müharibəsinə onların daxildəki və xaricdəki uzantıları da fəal dəstək verirlər.

Biz, İctimai Liderlər Platforması olaraq cəmiyyətimizi, xüsusilə, mətbuat nümayəndələrini, QHT sektorunu, sosial şəbəkə iştirakçılarını, xaricdə yaşayan soydaşlarımızı, hər bir vətəndaşımızı və bütün ictimai fəalları bu cür təxribatların qarşısını almağa və onları anındaca ifşa etməyə çağırırıq.

Biz düşmənlə müharibə şəraitində olan müdrik xalqımızı, vətəndaşlarımızı təmkinli, səbrli olmağa, təxribatlara uymamağa və belə həssas və ağır zamanda hamını ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, ordumuza dəstək olmağa çağırırıq!

Əminik ki, tezliklə torpaqlarımız Ali Baş Komandanın əmri, xalqımızın dəstəyi və qəhrəman ordumuzun gücü ilə erməni işğalçılarından azad olunacaqdır!

Vətən uğrunda canlarını fəda edən bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Tanrı Dövlətimizi, Xalqımızı, Müstəqilliyimizi və Ordumuzu qorusun!

İctimai Liderlər Platformasının üzvləri:

1. Rauf Zeyni Milli Qeyri-Hökumət Təşkilatları Forumu

2. Sabit Bağırov - Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu

3. Umud Mirzəyev - Beynəlxalq Avrasiya Mətbuat Fondu

4. Əliməmməd Nuriyev - Konstitusiya Araşdırmalar Fondu

5. Sahib Məmmədov - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

6. Novela Cəfərova - D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti

7. Səadət Bənənyarlı - "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi

8. Səltənət Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi

9. Qorxmaz İbrahimli - Biosfer İctimai Birliyi

10. Əvəz Həsənov - Humanitar Tədqiqatlar İctimai Birliyi

11. Əziz Ələkbərov - Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi

12. İsrayıl İsgəndərov - "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi

13. Vüqar Bayramov - İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi

14. ÇingizQənizadə - Demokratiya və İnsan Hüquqlari Komitəsi

15. Məhərrəm Zülfüqarlı - İctimai Problemlərin Tədqiqi Assosiasiyası

16. Kamil Səlimov – “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” ictimai birliyi

17. Fuad Məmmədov – “SİMURQ” AZƏRBAYCAN MƏDƏNİYYƏT ASSOSİASİYASI

18. Eyyub Hüseynov - “Azad İstehlakçılar” İctimai Birliyi

19. Tənzilə Rüstəmxanlı - Azəri Türk Qadinlar Birliyi

20. Mirvari Qəhrəmanova - Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi

21. Şəmistan Əlizamanlı – “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi

22. Akif Nağı - Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi

23. Osman Gündüz - Multimediya Sistemləri İctimai Birliyi

24. Mayis Əliyev - Sosial Hüquqların Araşdırılması

25. İradə Rizazadə - "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi

26. Bahar Qasımova - "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi

27. Məlahət İbrahimqızı - "Lider Qadınlar" İctimai Birliyi

28. Fizüli Rzaquliyev - Vətən Müharibəsi Veteranları İctimai Birliyi

29. Mehdi Mehdiyev - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi

30. Mehriban Zeynalova - Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi

31. Etibar Əliyev - 21-ci əsr Təhsil Mərkəzi İctimai Birliyi

32. Əhməd N. Abbasbəyli - "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi

33. Nəsiman Yaqublu - Tarix və Mətbuat Araşdırmalarına Dəstək

34. Şahin Rəcəbov - "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi

35. Aydın Əbilov - "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi

36. Fikrət Yusifov - Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

37. Elçin Hüseynov - "Azərbaycan Yazarlar Klubu" İctimai Birliyi

38. Aydın Kərimov - Müstəqil Hüquq Mərkəzi

39. Əhməd Qəşəmoğlu - Tərəqqi və Demokratiya İctimai Birliy

40. Hafiz Həsənov - Hüquq və İnkişaf İctimai Birliyi

41. Mirəli Hüseynov - Demokratiyanı Öyrənmə İctimai Birliyi

42. Şəmsəddin Əliyev - Polisə Dəstək İctimai Birliyi

43. Asif Əsgərli - Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı

44. Emin Həsənli - Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləmndirmə İctimai Birliyi

45. İlqar Orucov - Azəarbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi

Bakı 13 iyul 2020-ci il".

Tarix
2020.07.13 / 17:35
Müəllif
Axar.az
Digər xəbərlər

Alman mediası Əliyevin bu çıxışından yazır

Suriyanın XİN rəhbəri Azərbaycana gələcək

Nazir müavini Dəməşqdə: 12 il sonra səfirlik açılır...

Beynəlxalq ekspertlər qəzanı araşdırmağa başladılar

Bələdiyyə üzvlüyünə qeydə alınan namizədlərin sayı

"Bild" pilotlarımızın qəhrəmanlığından yazdı

Kadırov azərbaycanlıları hədələyir? Feyk yayıldı - Video

Putin yenidən İlham Əliyevə zəng etdi - Təcili

Hökumənin qardaşı: Həmişə onunla fəxr edəcəm

ABŞ-dan inanılmaz: Zurabişvilini “tanımağa” hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla