Yuxarı

General Həşimov əsgərindən nə istəmişdi? – Xatirə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
General Həşimov əsgərindən nə istəmişdi? – Xatirə

Doqquz ayın əsgəri idim və necə lazımdır xidmət edirdim, heç kimdən qulluqda geri qalmırdım.

Bir gün “botinka” ayağımı yara etmişdi, axsayırdım. Təsadüfən Polad Həşimovla rastlaşdım. “Niyə axsayırsan, Bədəlov?” deyərək ciddi-ciddi baxdı...

Axar.az xəbər verir ki, bu sözləri “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu qeyd edib. O, şəhid general Polad Həşimovun əsgəri olmuş Roman Bədəlovun xatirəsini bölüşüb:

“Əvvəlcə onun zəhmindən çəkindim, dilim dolaşa-dolaşa “botinka” ayağımı döyüb, komandir” dedim. Üzümə baxdı, “vəndamlılar dözümlü olur, heç nə olmaz” deyərək gülümsəyib getdi. Mən də heç nə demədən gəldim öz bölüyümüzə. Axşamüstü saat 5 olardı, mənə xəbər etdilər ki, səni qərargaha çağırırlar. Qorxaraq getdim ki, görəsən, nə olub? O vaxtlar atam xəstə idi, elə bildim, atama nəsə olub. Gəldim qərargaha və içəri girdim, dedilər, Həşimov səni çağırır. Qapısını döyüb içəri daxil oldum. “Keç əyləş, Bədəlov” - dedi. “Baş üstə, komandir”, - deyib əyləşdim. Mənə məzuniyyət kağızı uzatdı və dedi ki, get evinizə, ayağın sağalanda gələrsən.

Düzdür, sevindim, amma sevinməyimə baxmayaraq, utanırdım, çünki o mənə “dözümlü ol və kişi kimi əsgərlik et” demişdi.

Məzuniyyət kağızını alıb çıxanda, “komandir, sənə kənddən nə gətirim gələndə” deyə sual verdim. Baxdı üzümə və gülümsəyərək, “sağalmış ayağını gətir, başqa heç nə lazım deyil” cavabını verdi”, - Ş.Xuduoğlu qeyd edib.

Naşir çağırış edərək, qəhrəman generalı tanıyanlardan onunla bağlı xatirələrini yazmağı istəyib və bunların kitab halında nəşr ediləcəyini bildirib.

Tarix
2020.07.21 / 11:55
Müəllif
Aqşin
Digər xəbərlər

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

Prezidentin Ona göstərdiyi böyük ehtiram... - Video

Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla