Yuxarı

Fondun əcnəbi qeydiyyatçıları kimlərdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fondun əcnəbi qeydiyyatçıları kimlərdir?

Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb.

Fonddan Axar.az-a verilən məlumata görə, 2015-ci ilin aprel ayının 1-nə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 2,56 faiz artıb. Mart ayı ərzində əlavə olaraq 175 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 23 090 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,94 faizini (20 537 nəfər) kişilər, 11,06 faizini (2 553 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (12 231 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2608 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1352 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (893), Çin Xalq Respublikası (766), Hindistan (641), Pakistan İslam Respublikası (476), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (383), Ukrayna (272), Özbəkistan (242), Banqladeş Xalq Respublikası (207), Almaniya Federativ Respublikası (199), Filippin Respublikası (196), Türkmənistan Respublikası (188), ABŞ (174), Qazaxıstan Respublikası (169), İtaliya Respublikası (157), Koreya (143) və s. ölkələr qərarlaşıb.

Tarix
2015.04.09 / 11:18
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla