Yuxarı

Qarabağla bağlı yeni kampaniyaya start verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağla bağlı yeni kampaniyaya start verildi

Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə həyata keçirdiyi “Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020” Gənc Liderlər Proqramının iştirakçıları bu çağrışa öz əməli fəaliyyəti ilə cavab olaraq düşmənin yalan və iftiralarının qarşının alınması, Azərbaycanın haqq səsinin bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi ilə birgə 2020-ci ilin iyulun 23-dən “Sülh, Təhlükəsizlik və Ədalət!” Gənclər Kampaniyasına start verib.

Gənclər və İdman Nazirliyindən Axar.az-a verilən məlumata görə, kampaniyada məqsəd Ermənistanın Azərbaycana hərbi təcavüzü və etnik təmizləmə siyasətinə dair tarixi və hüquqi sənədələri, Qarabağın mədəniyyəti, İrəvan xanlığı, soyqırım və deportasiya, erməni terroru və ermənilərin Qarabağa köçürülməsi və s. faktları BMT-nin üzvü olan ölkələrin dövlət və hökumət başçıları, parlament, xarici işlər nazirlikləri və beynəlxalq təşkilatların sosial media hesablarında kütləvi şəkildə məlumatların yerləşdirilməsidir.

Bununla əlaqədar gənclər kampaniyada fəal iştiraka dəvət edilir. Bunun üçün Feysbuk və Tvitter hesablarından paylaşmaq üçün Azərbaycan, türk, ingilis, fransız və rus dillərində hazırlanmış məlumat bazasında istifadə etməklə və paylaşılması nəzərdə tutulub.

Kampaniyaya qoşulmaq istəyən gənclər bu linkə keçid alaraq hazırlanmış məlumat bazasından istifadə edə bilərlər.

Paylaşmalar zamanı Müdafiə Nazirliyinin tövsiyəsinə əsasən aşağıdakı məlumatların paylaşılmaması xahiş olunur:

1. Azərbaycan hərbi sistemində olan zabitlərin hansı rayona və nə məqsədlə gəlməsini yazmayın.

2. Sərhəd bölgəsində olan strateji yerlərdə texnika və yaxud hərbi hissələrin yanında fotolar çəkib paylaşmayın.

3. Cəbhə bölgəsinə gətirilən hərbi texnika və silahlı qüvvələr barədə heç bir informasiya paylaşmayın.

4. Döyüşlər zamanı telefon və yaxud digər texnika ilə çəkdiyiniz videoları sosial şəbəkələrdə paylaşmayın.

5. Azərbaycanın hava qüvvələrinin hansı istiqamətdə uçun aparmalarını paylaşmayın.

6. Şəhid və yaralılar barədə dəqiq olmayan informasiyanı yaymayın.

Tarix
2020.07.27 / 23:26
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla