Yuxarı

Ölüm halları ən çox bu xəstələr arasında olur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölüm halları ən çox bu xəstələr arasında olur

Xəstəxanaya vaxtında müraciət edən şəxslərdə xəstəliyin ağırlaşma ehtimalı gec müraciət edənlərə nisbətən çox aşağıdır. Ölüm hadisələri əsasən gec müraciət edən xəstələr arasında müşahidə olunur.

Bu sözləri Axar.az-a ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, orqanizmdə müalicəsiz qalan virus tez bir zamanda inkişaf edib, öldürücü ola bilir:

“Özünümüalicə qəti yolverilməzdir. Kliniki əlamətlər müşahidə olunmayan, virusun yüngül simptomlarını daşıyan xəstələr sahə həkiminin nəzarəti altında, ağır halda olanlar isə xəstəxana şəraitində müalicə almağa davam edirlər. Özündə virusun yüngül simtomlarını aşkar edib və xəstəxanaya müraciət etməkdən boyun qaçıran insanların xəstəliyinin ağırlaşma ehtimalı qalır və ölüm hadisələri də daha çox belə xəstələrdə müşahidə olunur”.

C.İsayev “Arbidol” və “Remdesivir” preparatları barədə də fikirlərini bildirib:

“Arbidol” və “Remdesivir” koronavirusla heç bir əlaqəsi olmayan dərmanlardır. Dünya Səhiyyə Təşkilatının verdiyi qərara əsasən, bu preparatların koronavirus infeksiyasına qarşı heç bir əhəmiyyəti yoxdur. Antiviral dərman yaratmaq çox çətindir. Hətta qripin özünün müalicəsində belə güclü təsirə malik antiviral dərman və ya peyvənd yaratmaq mümkün olmayıb”.

Tarix
2020.07.28 / 08:45
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla