Yuxarı

AZAL: Biletlərin oflayn satışı başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL: Biletlərin oflayn satışı başlayır

Azərbaycanın milli aviadaşıyıcısı birbaşa agentləri üçün avqustun 1-dən etibarən qlobal distribütor sistemi (GDS) vasitəsilə Azərbaycan ərazisində biletlərin oflayn satışını açacaq. Bu isə xarici turistlərin Azərbaycana səfərini daha əlçatan edəcək.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Hava Yollarının prezidenti Cahangir Əsgərov ölkənin mülki aviasiya və turizm sahələrinin rəhbərliyinin görüşü zamanı bildirib.

Onun sözlərinə görə, arantin rejiminin uzadılması və sərhədlərin 2020-ci ilin 31 avqust tarixinədək bağlanması səbəbindən Azərbaycanın bütün hava limanları müntəzəm sərnişin aviareyslərinin yerinə yetirilməsi üçün bağlıdır:

"Bununla belə, AZAL xüsusi aviareyslərin yerinə yetirilməsinə başlanması üçün Rusiya daxil olmaqla, bir sıra dövlətlərlə danışıqları davam etdirir".

Biletlərin satışına gəlincə, Cahangir Əsgərovun fikrincə, bu zaman anlamaq lazımdır ki, turizm operatorlarının əsas gəlir mənbəyi təkcə aviabilet satışı deyil, bütün dünyada olduğu kimi, hazır turizm paketlərinin satışı olmalıdır:

"Digər ölkələrin təcrübələrinə əsaslanaraq, ilk növbədə, pandemiyadan sonrakı dövrdə daxili turizmin inkişafına diqqəti yönəltmək lazımdır, "Azərbaycan Hava Yolları" isə respublikamızı xarici turistlərin səfəri üçün daha əlçatan edəcək".

Tarix
2020.07.28 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla