Yuxarı

Allahın xeyirxahlıq üçün göndərdiyi ağsaqqal...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Allahın xeyirxahlıq üçün bu dünyaya gətirdiyi el ağsaqqalı, ictimai-siyasi xadim Fəttah Heydərov dünyasını dəyişib. Ağır yerişi, müdrik kəlamları, səbri və məsləhətləri, barış adamı olması, kin-küdurətdən uzaq, bağışlamağı bacaran, insanları dinləmək və onlara kömək etmək istəyi ilə ağsaqqallıq nümunəsi olmuş, ailəsinə son dərəcə bağlı bu Böyük insana Allah rəhmət eləsin, yeri cənnətməkan olsun.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev ötən gün dünyasını dəyişən Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov haqda deyib.

Q.Həsənquliyev qeyd edib ki, tale qismət elədi, onunla deputat həmkarı olduq:

“O özünün qeyri-adi səmimiyyəti və təvazökarlığı ilə hətta ilk dəfə görüşdüyü insanlarla yaşından asılı olmayaraq elə bir psixoloji əlaqə yarada bilirdi ki, hər kəs onu özünün doğmalarından biri hesab edib dərdini bölüşər, ehtiyac hiss edərsə məsləhət, kömək istəməkdən çəkinməzdi. Mən bu ağır itki ilə əlaqədar xaıqımıza və mərhumun ailə üzvülərinə dərin hüznlə başsağlığı verirəm, Allah rəhmət eləsin, Allah səbr versin”.

Tarix
2020.08.04 / 16:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla