Yuxarı

Avtovağzalda aparılan təmir bitir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Avtovağzal ərazisindən Bakı Dairəvi-1 avtomobil yoluna yeni çıxış məqsədilə tikilən yolda işlərin böyük hissəsi başa çatdırılıb.

"Azəryolservis" ASC-dən Axar.az-a verilən məlumata əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirliməsi məqsədilə inşa edilən yeni yolda işlərin 80 faizi yerinə yetirilib.

Ümumi uzunluğu 1070 metr olan yolda 445 metr uzunluğunda 15 aşırımdan ibarət estakada da inşa olunub. Hazırda estakada üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi və asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri gedir. Layihənin may ayı ərzində istifadəyə verilməsi planlaşdırılır.

Sözügedən yol istifadəyə verildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri, habelə Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna maneəsiz çıxa biləcəklər.

Tarix
2015.04.17 / 14:02
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla