Yuxarı

BƏƏ bu sahədə 25 dövlətdən biri olmaq istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi “BƏƏ-də gender bərabərliyi və qadın hüquqlarının genişləndirilməsi” mövzusunda onlayn konfrans təşkil edib.

Axar.az xəbər verir ki, videokonfrans BƏƏ-nin Bakıdakı səfirliyinin media tədqiqatçısı Cəmilə Dəmirovanın moderatorluğu ilə baş tutub.

Konfransda giriş sözünü BƏƏ-nin Bakıdakı səfirliyinin diplomatı Nouf Alşehhi edib.

Vebinarda Ombudsman Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva, AMEA Hüquq və İnsan Haqları İnstitutunun Elmi işlər üzrə direktor müavini Lalə Əhmədova, Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Qaramanlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova-Abbasova, BƏƏ-nin Bakıdakı səfirliyinin aparıcı tədqiqatçısı Mirvari Ağakişiyeva iştirak edib.

Konfrans iştirakçılarına BƏƏ-nin gender bərabərliyi sahəsində gördüyü işlər və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib, BƏƏ-nin bu sahədə 2021-ci ildə dünyanın aparıcı 25 dövlətindən birinə çevrilmək üçün dövlət strategiyasından bəhs edilib.

O cümlədən, iştirakçılar təmsil etdikləri qurumların bu sahədə yerli və beynəlxalq arenada atdığı addımları, planları haqqında danışıblar. Konfrans qarşılıqlı fikir mübadilələri şəklində davam etdirilib, BƏƏ ilə sözügedən mövzuda müştərək tədbirlərin davam etdirilməsi üçün təkliflər irəli sürüb.

Tarix
2020.09.04 / 15:23
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla