Yuxarı

AMEA-dan Adil Əliyevə şok ittiham – Deputat dərhal...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytında yenidən Milli Məclisin vitse-spikeri Adil Əliyevə qarşı siyasi bəyanat dərc edilib.

Axar.az xəbər verir ki, bu dəfə bəyanatı AMEA YAP ərazi təşkilatının üzvləri adından Akademiya YAP ərazi təşkilatının sədri Ulduzə Qurbanova yayıb. Bəyanatda Adil Əliyevin ötən həftə AMEA haqda dediyi “qərəzli” sözlərin “elmi elmi ictimaiyyətin haqlı narazılığı ilə qarşılandığı” bildirilir.

Elmdən tamamilə uzaq adam kimi təqdim edilən Adil Əliyevin ünvanına səsləndirilən bəyanatda diqqətçəkici suallar da qoyulub:

“Adil Əliyevin özü alimlərə verilən əmək haqqı müqabilində işləməyə razı olarmı? Əgər Adil Əliyevi doğrudan da elmimizin gələcəyi bu qədər narahat edirsə, ötən illər ərzində o, nə səbəbdən Milli Məclisdə bir dəfə də olsun alimlərimizin, ümumilikdə AMEA-nın problemlərini qaldırmayıb. Əksinə, bəzi deputat həmkarları kimi o, yaddaşlarda millət vəkillərinin əmək haqlarının artırılması, onlara əlavə imtiyazların verilməsi məsələsində dəfələrlə göstərdiyi canfəşanlıqla yadda qalıb. Özü üçün yüksək əmək haqqı tələb edərkən, Adil Əliyev heç olmazsa bir dəfə də olsun Azərbaycan aliminin qayğılarını, ehtiyaclarını yada salıbmı?”

Bəyanatda “YAP-ı təmsil edən deputatların Adil Əliyevin Akademiya və alimlərimiz haqqında məsuliyyətsiz və populist fikirlərinə münasibət bildirmələri” də istənilib:

“Çox təəssüf ki, Milli Məclisin vitse-spikeri kimi yüksək məqama gəlib çıxan və tutduğu vəzifənin baş gicəlləndirən təsirindən müəmmalı keçmişini unudan Adil Əliyev belə hesab edir ki, onun Milli Elmlər Akademiyası və Azərbaycan alimləri haqqında böhtanlar deməyə, onlara yol göstərməyə mənəvi haqqı çatır. Azərbaycan elminin və fədakar alimlərimizin Milli Məclis kimi mötəbər hakimiyyət orqanını təmsil edən şəxs tərəfindən təhqir edilməsi qəbuledilməzdir. Millət vəkillərimizdən alimlərimizin narahatlığını anlayışla qarşılamalarını və bölüşmələrini xahiş edirik”.

Bu bəyanata Adil Əliyevin reaksiyası da gecikməyib. Vitse-spiker Ovqat.com-a açıqlamasında bildirib ki, onun elmdən uzaq biri kimi təqdim olunması gülməlidir:

“Mən də o açıqlamanın müəllifi kimi, fəlsəfə doktoruyam və hüquq elmi sahəsində “kütləvi ixtişaş əməllərilə mübarizənin cinayət hüququ və kriminoloji problemləri” mövzusunda müdafiə etmişəm. İkincisi, mənim AMEA-da süngüylə qarşılanan açıqlamam həqiqi alimlərə yox, konkret fərdə qarşı yönəlib. Həmin konkret fərd də kimlərinsə arxasında gizlənmədən ortaya çıxsın və mənə cavab versin”.

Adil Əliyev iddiaların əksinə, nəinki alimlərə qarşı qərəzli mövqe tutmadığını, dəyərli elm xadimlərinə hər zaman xüsusi diqqət və sayğı göstərdiyini deyib: “Mənim qarşı çıxdığım məsələ AMEA-nın indiki çətin şəraitə salınmasıdır”.

A.Əliyev Milli Məclisdə bir dəfə də olsun, millət vəkillərinin maaşının artırılması ilə bağlı məsələ qaldırmadığını deyib:

“AMEA-nın işçiləri elmi araşdırmalarına da bu cür əsassız arqumentləşdirmə prinsipiylə yanaşırlarsa, mənim onlara deyəcək heç bir sözüm yoxdur. Daha sizin xaricdə oturub əsassız ittiham irəli sürənlərdən nə fərqiniz oldu?

Digər tərəfdən, dünyanın bütün ölkələrində millət vəkilləri dövlət büdcəsindən maaş alırlar. Amma elm ocaqları, akademiyalar öz ixtiraları, kəşfləri ilə böyük miqdarda patent haqqı qazanırlar. Onlardan bəzilərinin əqli fəaliyyətlərindən qazandıqları vəsaitlər Azərbaycanın dövlət büdcəsindən dəfələrlə çoxdur. Məsələn, Harvard Universitetinin illik büdcəsi 36 milyard dollardır. Bu, Azərbaycanın dövlət büdcəsindən 3 dəfə çoxdur. Belə elm ocaqları nəinki dövlətin onlara ayıracağı vəsaitə göz dikmir, əksinə özləri dövlət büdcəsinə vergi ödəyirlər. Hazırda bir çox dəyərli ziyalılarımız məhz bu faktı əsas gətirib ən ciddi gəlir mənbəyi kimi elmi investisiyalara əhəmiyyət verilməsi təklifini irəli sürürlər. Prinsip etibarilə bu, Azərbaycan Prezidenti İlham Əliyevin də dəsti-xəttidir. Xatırlayırsınızsa, o, AMEA-nın 60 illik yubileyində demişdir ki, “hər bir ölkənin normal inkişafı üçün, ilk növbədə, bilik, savad, elmin inkişafı lazımdır". Ölkə başçısının bu fikirləri Məhəmməd peyğəmbərin məşhur “elm müsəlmanın itmiş malıdır, Çində belə olsa onun arxasınca getməlidir” hədisiylə həmahəng səslənir və mən də bu fikri dəstəkləyirəm”.

O qeyd edib ki, Ramiz Mehdiyevin sayəsində AMEA və ölkəmizdəki bəzi elm mərkəzləri məhz bu keyfiyyətlərini itiriblər:

“Bilirsiniz ki, elmi yaradıcı kollektivin faydalılıq əmsalı azad düşüncə və elmi qabiliyyətin mükafatlandırılması ilə birbaşa əlaqəlidir. Alimlər heç bir siyasi proseslərə cəlb olunmadan elmi yaradıcılıqla məşğul olsalar, cəmiyyətimizə daha böyük fayda verərlər. Ramiz Mehdiyevin çoxillik fəaliyyəti isə bu uğurun qarşısını almağa yönəlib. Bir çox hallarda alimlərimiz əqli potensialları ilə deyil, qohumbazlıq, şəxsi münasibətlər kriteriyası ilə önə çəkilib. Onlar elmi nailiyyətlərinə yox, kimlərəsə yaxınlıqlarına görə qiymətləndirilib və nəticədə AMEA əvvəlki potensialını itirib”.

Adil Əliyev bəyanatdakı “müəmmalı keçmişi” ittihamına da aydınlıq gətirib:

“Yaxşısı budur, “qaranlıq keçmiş” məsələsinə toxunmayaq, bu, sizlərin xeyrinə olmaz. Elə mənim barəmdə “qaranlıq keçmiş” əfsanəsini siz uydurmusunuz. Hacı Məmmədov dəstəsi ifşa olunmamışdan öncə, Ulu öndər Heydər Əliyevə yalan məlumatı siz vermişdiniz. Çoxsaylı adam oğurluqlarının və qətllərin başında mənim əlimin olduğunu siz demişdiniz. Bəs nə oldu, o cinayətlərin arxasından mən yox, siz çıxdınız. Yaxşı bir məsəl var: “Sən saydığını say, gör, fələk nə sayır””.

Özü barədə ittihamın Ulduzə Qurbanova tərəfindən irəli sürüldüyünə inanmayan millət vəkili iddiaların əsl müəlliflərini şəxsən ortaya çıxmağa çağırıb: “Bu fikrin müəllifləri barəmdə əllərindəki bütün faktları ortaya qoysunlar. İbarəli sözlərlə kimisə şantaj etmək alim adı daşıyana yaraşmaz. Cinayət Məcəlləsinə görə, faktı bilib gizlətmək də cinayətdir. Mən həmin alim adı daşıyanları bu cinayətdə iştirak etməməyə çağırıram. Mövlananın bir sözü var: “Ya olduğun kimi görün, ya görümdüyün kimi ol”. Alim adı daşıyanlar alim kimi görünməli və kriminal ünsürlərin silahı sayılan şantaj elementlərindən istifadə etməməlidir”.

Tarix
2020.09.23 / 12:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla