Yuxarı

“Üzeyir Hacıbəyli” gəmisi yenidən istismara qaytarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Üzeyir Hacıbəyli” gəmisi yenidən istismara qaytarıldı

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid və beynəlxalq sularda üzən “Üzeyir Hacıbəyli” quru yük gəmisinin əsaslı təmiri yekunlaşıb.

Axar.az xəbər verir ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri (nasosları) təmir olunub. Eyni zamanda, gəmidə boru quraşdırma, elektrik quraşdırma, avtomatika və gövdə qaynaq işləri görülüb.

Bundan başqa, gəminin sualtı və suüstü hissələri abraziv qumla tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.

Təmir başa çatdıqdan sonra gəmi müvafiq yoxlanışdan uğurla keçib və yenidən xarici sulara yola salınıb. Belə ki, “Üzeyrir Hacıbəyli” quru yük gəmisi bu gün Türkmənistanın Bektaş limanından yük götürərək Türkiyənin Gebze limanına doğru yola düşəcək.

Qeyd edək ki, “Üzeyir Hacıbəyli” gəmisi 2014-cü ildən üçrəngli bayrağımız altında Xəzərdənkənar sularda istismar olunur. Bu gəminin uzunluğu 108,33, eni 16,74 metrdir, yükgötürmə qabiliyyəti isə 5200 tondur.

Tarix
2020.10.01 / 17:24
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla