Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Yanvar 2019


Azərbaycanlı iş adamı erməni fonduna pul köçürüb – Tərs üz

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Luqansk şəhərində erməni iş adamı həmyerliləri ilə arasında yaranmış fikir ayrılığından sonra erməni diaspor təşkilatının fondu üçün nəzərdə tutduğu xeyli vəsaiti Azərbaycan diaspor təşkilatının fonduna köçürüb.

O, bu addımını erməni diaspor təşkilatı ilə aralarında yaranmış fikir ayrılığı ilə izah edib. Azərbaycanlılarla, eləcə də vilayətdə yaşayan digər türkdilli xalqlarla münasibətdə erməni diaspor təşkilatının qərəzli mövqeyini tənqid edərək, etirazını bu şəkildə ifadə etdiyini deyib.

Bu xəbərdən sonra eyni hadisənin əks tərəfini düşündük: təsəvvür edək ki, hansısa azərbaycanlı bizə əsəbiləşərək, erməni dispor təşkilatına pul köçürür. Belə vəziyyətlə üzləşəriksə, reaksiya necə olar?

Orda hansısa məkrli niyyət var

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı "Axar.az" açıqlamasında ermənilərin bu cür məsələlərdə səmimiliyinə inanmadığını bildirdi:

"Ermənilər hər zaman belə hiyləgər metodlardan istifadə edirlər. Hesab edirəm ki, orda hansısa məkrli niyyət var. Ermənilər ənənəvi olaraq müəyyən dövrlərdə bu cür xoş münasibət göstəriblər, amma həlledici məqamda Azərbaycana həmişə arxandan zərbə vurublar. Ona görə də ermənilərin bu cür addımlarının səmimiliyinə inanmıram".

Akif Nağı eyni addımı azərbaycanlı iş adamının atacağı təqdirdə münasibətinin tamamilə mənfi olacağını qeyd etdi: "Bu, birmənalı məsələdir. Ermənilərə yaxşılıq etməyin mənası yoxdur".

O erməni vicdanlı adamdır

Politoloq Zərdüşt Əlizadə isə erməni iş adamının addımını müsbət qiymətləndirdi:

"Görünür, o erməni vicdanlı adamdır. Vicdanlı və cəsarətli. Azərbaycanda da vicdanlı və cəsarətli adamlar var. Münaqişə son nəticədə Azərbaycan və erməni xalqının düşmənlərinə xeyirdir, Azərbaycan və erməni xalqlarını əsarətdə saxlayıb onun cibinə girən adamlara xeyirdir".

Bizdə elə mərifət yoxdur

Yazıçı Seymur Baycan: "əgər belə bir şey varsa, alqışlamaq lazımdır". Ancaq Baycan eyni addımı azərbaycanlı iş adamının ata biləcəyinə inanmadığını dedi:

"Kimdir bizdə elə pul verən?! Bizimkilər ancaq Şakiraya pul xərcləyə bilər. Mənim Moskvada yaşayan bir dostum var. Azərbaycanlılar hər gün kafeyə yığışıb danışırmış ki, bizim millət elə, bizim belə və s. Bir gün çıxarıb 100 dollar qoyub ortaya, deyib, gəlin, kimin imkanı var, pul atsın, göndərək Azərbaycana. Hərə bir bəhanə ilə aradan çıxıb. Bizimkilər elə restoranda vətən, millət deyib araq içirlər. Bizdə elə mərifət yoxdur".

Tarix
2013.12.24 / 18:30
Müəllif
Emil Bağırov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Usubov iki polis şöbəsində kadr dəyişikliyi etdi

Azərbaycan Cənubi Sudana sülhməramlı göndərdi

Şirinov qardaşları Ukraynada necə qəhrəman oldu?

Bu yolla Azərbaycana zərbə vurmaq istəyirlər - Deputat

Azərbaycan bu ölkə ilə hərbi sahədə saziş imzalayacaq

Prokuror eks-nazir qardaşına 12 il cəza istədi

AzTV-nin gənc sədri 4 vəzifəli şəxsi işdən çıxartdı

DYP-dən xəbərdarlıq: Bu halda sükan arxasına əyləşməyin

Ermənistan çaylarımızı çirkləndirir

İtkin düşən yeniyetmə tapıldı - 2 həftə küçədə qalıb

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla