Yuxarı

Azərbaycanlı gənclər Nyu Yorkda etiraz aksiyası keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu York şəhərində bir qrup azərbaycanlı gənc ağız və gözlərini bağlayaraq beynəlxalq təşkilatların Ermənistanın Azərbaycanda mülkü əhaliyə qarşı törətdiyi qanlı cinayəti gözməzdən gəlməsini, qərb mətbuatının yaşananlara susmasına etirazlarını bildiriblər.

Axar.az Report-a istinadən xəbər verir ki, aksiya iştirakçıları ABŞ mətbuatını Azərbaycana dəstəyə səsləyib, beynəlxalq təşkilatları bu işğala və hücumlara qarşı ölkəmizlə həmrəy olmağa çağırıblar.

Azərbaycan Nyu York Assosiasiyasının prezidenti Ərcan Yerdələnli bildirib ki, beynəlxalq ictimaiyyət erməni təxribatını görməzdən gələrək onların yalanlarını təbliğ edirlər:

"Ancaq sevindirici haldır ki, ABŞ-da ermənilərin mənfur əməllərindən xəbərdar olan xeyli sayda jurnalistlər var və onlar bu günlərdə sosial media üzərindən Azərbaycanda baş verənlərə səssiz qalmırlar. Son günlərdə xüsusilə Gəncə şəhərində ermənilərin törətdiyi növbəti qanlı cinayət əməlini bir çox qərb mediasının paylaşdığını gördük. ABŞ-da təhsil alan azərbaycanlı gənclərin hədəfi bütün güclərini birləşdirərək Azərbaycanın səsi olmaqdır. Düşünürəm ki, son günlərdə bu niyyətimizdə uğurlu yol qət etmişik”.

Tarix
2020.10.19 / 13:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla