Yuxarı

Polis 2 yaşlı Hüseyni belə xilas etdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polis 2 yaşlı Hüseyni belə xilas etdi - Video

Göyçay rayonunda avtomobillərin yüksək sürətlə hərəkət etdiyi yolun ortasında nəzarətsiz qalan azyaşlı uşağın həyatı son anda xilas olunub.

Axar.az-ın bölgə müxbiri xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü taqımının əməkdaşı, polis baş serjantı Nicat Həmidov 99 YP 807 dövlət nömrə nişanlı “KİA Sportage” markalı xidməti avtomobil ilə hərəkət edərkən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 214-cü kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qəflətən qaçaraq avtomobillərin qarşısına çıxan 2 yaşlı uşağı ölümdən xilas edib.

Səhər saat 07:00 radələrində Qarabaqqal kənd sakini, 2018-ci il təvəllüdlü Hüseyn Quliyev valideynlərindən xəbərsiz evdən çıxaraq magistral yola tərəf qaçıb. Göyçay rayon sakini olan YPX əməkdaşı Nicat Həmidov azyaşlı uşağı yolda sürətlə hərəkət edən avtomobillərdən qorumaq üçün xidməti maşını ilə yolu kəsib, qarşıdan və arxadan gələn sürücüləri xəbərdarlıq işarəsi ilə saxlayıb. Polis Nicat Həmidov uşağı yolun ortasından götürərək yaşadığı evə aparıb və valideynlərinə sağ-salamat təhvil verib.

Uşağın babası Sahib Quliyev saytımıza bildirib ki, yaşadığı ev magistral yolun yaxınlığında yerləşir və o, səhər saat 07:00 radələrində mal-qaranı həyətdən çıxararaq örüş yerinə apararkən darvazanı açıq qoyub və nəzarətsiz qalan uşaq həyətdən çıxaraq avtomobil yoluna qaçıb:

“Yol polisi əməkdaşı bizim ailəni böyük bir faciədən xilas edib. Nicat Həmidovun sayəsində bu gün nəvəm Hüseyn Quliyev sağ-salamatdır. Hüseyn Quliyevə və bütün polislərə minnətdaram”.

Tarix
2020.10.20 / 00:37
Müəllif
Davud Tanrıverdiyev
Digər xəbərlər

Bu rayonlara 6 ay istilik veriləcək - Siyahı

Speys TV-nin yeni rəhbəri danışdı: Hədəfimiz böyükdür

Biz Bakı ilə bir daha təsdiq etdik ki... - Meloni

İtaliya yenə Qarabağda qabaqcıl yerlərdədir - Əliyev

Əliyev və Meloni mətbuata bəyanatla çıxış etdilər

İtaliya bizim bir nömrəli ticarət tərəfdaşımızdır - Əliyev

İlham Əliyev Meloni ilə geniş tərkibdə görüşdü

İlham Əliyevin toplantıda iştirak etməsi... - Paşinyan

Azərbaycanda isti su sayğacı olmayanların diqqətinə!

İlham Əliyevin Meloni ilə təkbətək görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla