Yuxarı

Bu ərazilər azad edildi, nazirlik işə başlamalıdır - Ekoloq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ərazilər azad edildi, nazirlik işə başlamalıdır - Ekoloq

Azərbaycanın işğal altında olan ərazilərinin bir çox təbii sərvəti bu və ya digər xarici şirkətlərlə birlikdə talan edilib. İşğaldan azad edilən torpaqlarda ciddi ekoloji tədbirlər görülməlidir.

Bunu Axar.az-a ekoloq Telman Zeynalov işğaldan azad olunan ərazilərin ekoloji vəziyyəti ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, Zəngilan, Qubadlı Azərbaycanın təbii sərvətlər baxımından hər zaman ən zəngin bölgələrindən olub:

“Təəssüf ki, ermənilər işğal altında olan bütün torpaqlarımızdan öz maraqları üçün məsuliyyətsizcəsinə istifadə edib. Bu da öz növbəsində ciddi ekoloji problemlərin yaranmasına gətirib çıxarıb. Ekologiya naziri Muxtar Babayev də dəfələrlə işğal edilmiş torpaqlarda ağacların qırılması ilə bağlı məsələləri diqqətə çatdırıb.

Bu gün ilk növbədə dəqiq monitorinq aparıb, işğal altında olan torpaqlarda hansı şirkətlərin fəaliyyət göstərdiyini öyrənmək lazımdır. Eyni zamanda təbii sərvətlərimizi hansı xarici ölkələrə daşıdıqlarını öyrənməliyik. Monitorinqin nəticəsini əldə etdikdən sonra bunları etmək lazımdır:

1. Ekoloji sağlamlıq tədbirləri həyata keçirmək, dağılmış əraziləri bərpa etmək;

2. Dağılan, məhv edilən təbii sərvətlərin dəyərini hesablayıb məhkəməyə verib cərimələmək;

3. Ekoloji məhkəmə yaradıb bu və ya digər ərazilərin ekoloji cəhətdən dağılması ilə monitorinq aparıb, hesablayıb, onları məhkəmə yolu ilə cərimələmək və məcbur etmək lazımdır ki, öz hesablarına bərpa etsinlər”.

Tarix
2020.10.21 / 15:08
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Putinin möhtəşəm siyasəti: Moskva bu cür zəbt olunur - Video

Bakıda mühüm iclas başladı

Liderlər İlham Əliyevi təbrik edir

Putin Azərbaycanı təbrik etdi

Prezidentin Piterdən imtinası - Kreml gözləyirdi...

Əliyevin imtinasına Kremldən reaksiya

Şəmistan Əliyev, Putinin dostu xilas oldu, Averin öldü

İbrahim və Mkrtçyan ABŞ-da görüşdü

Ərdoğanın müavini Azərbaycana gəldi - Foto

Sərkisyan Azərbaycan KQB-yə işləyib: kod adı “Nərimanov”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla